Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ordubad rayonunun quruculuq salnaməsinə yeni səhifələr yazılmışdır

Naxçıvan, 12 noyabr (AZƏRTAC). Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin təməlində inkişaf və tərəqqi dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Ulu öndər Heydər Əliyevin fəaliyyəti və siyasəti nəticəsində biz bugünkü Azərbaycanı, möhkəm təməl üzərində qurulmuş dövləti görürük. Bu gün dövlətimiz onun siyasəti əsasında uğurla inkişaf edir”.

Ulu öndərin siyasi xəttinin uğurlu icrası muxtar respublikanın bütün yaşayış məntəqələrinin, eləcə də Azərbaycanın incisi olan Ordubad rayonunun inkişafına səbəb olmuşdur. Son illər rayonda yeni infrastruktur layihələri yerinə yetirilmiş, abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Ordubad şəhərində və kəndlərdə müasir inzibati binaların və sosial obyektlərin tikilməsi yaşayış məntəqələrinin simasını tamamilə dəyişmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 12-də Ordubad rayonunun Ələhi, Xurs və Nürgüt kəndlərində yeni sosial obyektlər istifadəyə verilmişdir.

 

Ələhidə yeni məktəb binası

istifadəyə verilmişdir

 

Noyabrın 12-də Ordubad rayonunun Ələhi kənd ümumi orta məktəbinin yeni binasının açılışı münasibətilə tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

Məktəbin direktoru Rəhman Məmişov çıxış edərək bildirmişdir ki, Ələhi kənd məktəbinin yeni binasının istifadəyə verilməsi kəndin tarixində mühüm hadisədir. Məktəbdə müasir informasiya-kommunikasiya texnologiyalarının və yeni tədris avadanlıqlarının quraşdırılması təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğının daha bir nümunəsidir. Yaradılan şəraitin müqabilində məktəbin pedoqoji kollektivi yüksək intellektual səviyyəyə malik, vətənpərvər gənclər yetişdirmək yolunda öz səy və bacarığını əsirgəməyəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ələhi kəndində aparılan quruculuq işlərinə görə sakinləri təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Hər birimizə təhsil, bilik verən, yüksək intellektual səviyyəyə çatdıran məktəblərdir” fikrini xatırladaraq demişdir: Bu gün ölkəmizdə məktəb işinə xüsusi diqqət və qayğı göstərilir. Şəhər və rayon mərkəzlərində, ucqar dağ kəndlərində yeni məktəb binaları tikilir, tədrisin səviyyəsi yüksəldilir. Bu gün dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, çətin dağlıq ərazidə yerləşən Ələhi kəndində müasir məktəb binasının istifadəyə verilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir. Bu, eyni zamanda, ölkəmizdə insan amilinə verilən qiymətin bariz nümunəsidir.

Ali Məclisin Sədri demişdir: Təhsil sahəsində həyata keçirilən tədbirlər ümumilikdə ölkəmizdə gənc nəslin hərtərəfli yetişməsinə hesablanmışdır. Bu gün Ələhi kənd məktəbində təhsil alan hər bir gənc gələcəkdə ölkəmizdə müxtəlif sahələrdə fəaliyyət göstərəcəkdir. Ona görə də gənclərin təhsilinə xüsusi diqqət yetirilməli, onlar bilikli, intellektli, müasir informasiya texnologiyalarından istifadə etməyi bacaran, vətənpərvər şəxsiyyət kimi formalaşdırılmalıdırlar. Məktəb binasında yaradılan şərait bu vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir. Belə ki, təhsil ocağında müasir tədris avadanlıqlarının qurulması, kitabxananın yaradılması şagirdlərin dərsləri daha yaxşı mənimsəməsinə şərait yaradacaqdır. Pedaqoji kollektiv də öz üzərində daim işləməli, bilik və bacarığını artırmalıdır.

Ali Məclisin Sədri məktəbin istifadəyə verilməsi münasibətilə bir daha kollektivi təbrik etmiş, rəmzi açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb 88 şagird yerlikdir. Məktəbdə 2-si elektron lövhəli olmaqla 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, kompyuter otağı, müəllimlər otağı, kitabxana, idman zalı və bufet yerləşir.

Məktəbin kitabxana fondunda 1878 kitab vardır. Kompyuter otağında quraşdırılmış və internetə qoşulmuş kompyuterlər şagirdlərin informasiya texnologiyalarından səmərəli istifadə etmələrinə imkan verəcəkdir.

Məktəbin həyətində də geniş abadlıq işləri aparılmışdır.

 

X X X

 

Noyabrın 12-də Ələhi kəndində yeni kənd mərkəzi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlamış, Ələhi kənd mərkəzinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: Bu gün Ələhi kəndində yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi insanların rahatlığının təmin olunmasına, məskunlaşmanın artmasına, sakinlərin problemlərinin vaxtında həll edilməsinə imkan verəcəkdir. Son illər kəndin inkişafına hərtərəfli qayğı göstərilmiş, evlər tamamilə qazlaşdırılmış, elektrik enerjisinin verilişi təmin olunmuş, kənd yolu abadlaşdırılmış, əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsi yüksəldilmişdir.

Ali Məclisin Sədri demişdir: Kənd mərkəzində feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana, mədəniyyət evi və idarəetmə qurumları üçün lazımi iş şəraiti yaradılmışdır. Xidmət mərkəzi sakinlərin gündəlik tələbat mallarına olan ehtiyacını ödəyəcəkdir. Bütün bunlar dövlətimizin kəndlərin inkişafına göstərdiyi qayğının nəticəsində mümkün olmuşdur. Məqsəd ucqar dağ kəndlərində məskunlaşmanı təmin etmək, fərdi təsərrüfatları genişləndirmək, insanların rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Dövlət qurumları və müvafiq icra strukturları kəndlərdə səhiyyə, rabitə və təhsil sahəsində işlərin günün tələbləri səviyyəsində qurulmasını daim diqqət mərkəzində saxlamalıdırlar. Bu gün Ələhi kəndində görülən işlər bu ucqar dağ kəndi ilə şəhər arasındakı fərqin azalmasına səbəb olmuşdur. Ona görə də sakinlər tikilənləri, qurulanları qorumalı, kəndin abadlaşması istiqamətində bundan sonra da çalışmalıdırlar.

Ali Məclisin Sədri Ələhi kəndinin inkişafına bundan sonra da qayğı göstəriləcəyini bildirmiş, sakinlərə uzun ömür və cansağlığı arzulamışdır.

Rəmzi açılışı bildirən lent kəsildikdən sonra kənd mərkəzinə baxış olmuşdur. Bildirilmişdir ki, binada rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, feldşer-mama məntəqəsi, mədəniyyət evi və 52 yerlik iclas zalı vardır.

Rabitə evində 160 nömrəlik yeni ATS quraşdırılmış, kənddə bütün evlər telefonlaşdırılmışdır. Burada poçt bölməsinin fəaliyyəti də təmin olunmuşdur.

Polis sahə məntəqəsi Ələhi, Xurs və Nürgüt kəndlərini əhatə edir. Binada məntəqə üçün ayrıca iş otağı ayrılmışdır. Baxış zamanı qeyd olunmuşdur ki, sahə müvəkkilləri mütəmadi olaraq əhali arasında maarifləndirici söhbətlər aparmalı, hüquq və vəzifələrin izahı istiqamətində fəaliyyətlərini gücləndirməlidirlər.

Kənd kitabxanasının fondunda 3191 kitab vardır. Kitabxananın fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Ələhi və Bist kəndlərinə xidmət göstərən baytarlıq məntəqəsi dərman preparatları ilə təmin olunmuşdur.

Feldşer-mama məntəqəsi kənd mərkəzinin birinci mərtəbəsində yerləşir. Məntəqə üçün 4 otaq ayrılmış, peyvənd və ilkin tibbi yardım çantaları qoyulmuşdur.

Binanın həyətində də abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.

 

X X X

 

Həmin gün Ələhi kəndində xidmət mərkəzinin də açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəmzi açılışı bildirən lenti kəsmişdir.

Bildirilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri və ərzaq mağazası fəaliyyət göstərir. Xidmət mərkəzində 4 nəfər işlə təmin olunmuşdur.

Mərkəzlə tanışlıqdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri bildirmişdir ki, muxtar respublikanın bütün yaşayış məntəqələri, o cümlədən Ordubad rayonu bu gün inkişafın yeni mərhələsini yaşayır. Rayonun ucqar dağ kəndlərində yeni sosial obyektlərin istifadəyə verilməsi, əhalinin məşğulluğunun təmin olunması, rifahının yaxşılaşdırılması ümummilli lider Heydər Əliyev siyasi xəttinin təntənəsidir.

Sakinlər qurulanların, yaradılanların əhali tərəfindən rəğbətlə qarşılandığını bildirmiş, yaradılan şəraitə görə minnətdarlıq etmişlər.

 

X X X

 

Bu il Ələhi kəndində bir sıra abadlıq işləri də aparılmış, 200 metr fiberoptik, 150 metr yeraltı, 200 metr uzunluğunda isə yerüstü kabel çəkilmiş, 1260 metr elektrik xətti yenilənmiş, yeni tikililərə 235 metr uzunluğunda qaz xətti çəkilmiş, kəndin içməli və suvarma su təminatı yaxşılaşdırılmışdır.

 

Xurs kənd tam orta məktəbinin binası

müasir tələblər səviyyəsindədir

 

Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” prinsipinə əsaslanan təhsil islahatları Ordubad rayonunda da tədrisin məzmun və keyfiyyətinin getdikcə yüksəlməsi ilə nəticələnmişdir. Rayonun kəndlərində məktəb binalarının tikintisi, maddi-texniki bazalarının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər müntəzəm olaraq davam etdirilir.

Noyabrın 12-də Xurs kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Tədbirdə çıxış edən məktəbin direktoru Mahir Məmmədov bildirmişdir ki, müasir məktəb binasının istifadəyə verilməsi təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Uzun illərdir ki, köhnə binada fəaliyyət göstərən məktəb bu gündən elektron lövhələrlə, kompyuterlərlə, müasir tədris vasitələri ilə təmin olunmuş binada fəaliyyətini davam etdirəcəkdir. Mahir Məmmədov yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə müəllim və şagird kollektivi adından minnətdarlıq etmiş, qarşıdakı tədris illərində nailiyyətlərin sayını artırmaq üçün səylə çalışacaqlarını bildirmişdir.

Ali Məclisin Sədri Xurs kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Təhsil ölkənin gələcəyinə xidmət edən bir sahədir. Bu gün muxtar respublikanın ucqar kənd yaşayış məntəqəsi olan Xursda yeni məktəb binasının istifadəyə verilməsi də dövlətin təhsilə göstərdiyi qayğının nəticəsidir.

Ali Məclisin Sədri demişdir: Məktəblərdə gənclər təhsilli böyüdülməklə yanaşı, onların əsl vətənpərvər ruhda tərbiyə olunması da diqqət mərkəzində saxlanılmalıdır. Xurs kənd tam orta məktəbində bu işlərin yerinə yetirilməsi üçün lazımi şərait yaradılmış, məktəb binası müasir təhsilin qarşıya qoyduğu tələblər səviyyəsində qurulmuşdur.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə müəllimlərə təşəkkür etmiş, layiqli vətəndaşların və intellektli gənclərin yetişdirilməsi sahəsində onlara uğurlar arzulamışdır.

Rəmzi açılışı bildirən lent kəsildikdən sonra Ali Məclisin Sədrinə məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binası 110 şagird yerlikdir. Məktəbdə 2-si elektron lövhəli olmaqla 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinet, kompyuter otağı, kitabxana və idman zalı vardır.

Ali Məclisin Sədri müəllimlərlə söhbət zamanı təhsilin inkişafı istiqamətində ölkəmizdə uğurlu islahatların həyata keçirildiyini qeyd etmiş, Xurs kənd tam orta məktəbinin müəllim və şagirdlərinin istifadəsinə verilən müasir binanın və yaradılan yüksək tədris şəraitinin bu sahəyə göstərilən dövlət qayğısının davamı olduğunu bildirmişdir. Müəllimlər yaradılan yüksək şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmişlər.

Məktəbdə fərdi qazanxana yaradılmış, müasir istilik sistemi quraşdırılmış, binanın həyətində abadlıq işləri aparılmışdır.

 

Yeni kənd mərkəzi idarəetməni

xeyli yaxşılaşdıracaqdır

 

Xurs kəndində həyata keçirilən kompleks quruculuq işləri çərçivəsində yeni kənd mərkəzi də inşa olunmuşdur.

Noyabrın 12-də kənd mərkəzinin açılışı olmuşdur.

Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Məhərrəm Həbibov çıxış edərək demişdir ki, istifadəyə verilən kənd mərkəzində idarəetmə strukturları və xidmət təşkilatlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Kənddə istifadəyə verilən müasir sosial obyektlər, yaradılan yüksək iş şəraiti muxtar respublikanın inkişaf göstəricisidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xurs kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi və kəndin abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək demişdir: Bu gün ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlar bütün sahələrin inkişafına səbəb olmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlər muxtar respublikada da uğurla davam etdirilir. Kənd yaşayış məntəqələrində əhalinin rahatlığı üçün lazımi şərait yaradılır, insanlar hərtərəfli qayğı ilə əhatə olunur, yeni sosial obyektlər tikilərək istifadəyə verilir, fərdi təsərrüfatların genişləndirilməsi üçün lazımi dövlət dəstəyi göstərilir. Bütün bunların həyata keçirilməsi ölkəmizdə Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsində mümkün olmuşdur.

“Bu gün ölkəmizdə sabitlik və sürətli sosial-iqtisadi inkişaf vardır”, - deyən Ali Məclisin Sədri bildirmişdir ki, yaradılmış şərait insanların yaşayış səviyyəsinin yaxşılaşmasına və kəndlərin müasir görkəm almasına səbəb olmuşdur. Xurs kəndində aparılan kompleks quruculuq işləri müstəqil Azərbaycan dövlətinin inkişaf göstəricisidir. Bütün bunlar həm də iqtisadi inkişafın və mövcud sabitliyin bəhrəsidir.

Ali Məclisin Sədri demişdir: 12 noyabr Azərbaycan Respublikasında Konstitusiya Günüdür. Konstitusiya hər bir ölkənin əsas dövlətçilik atributlarından biridir. Əsas Qanunumuzda göstərildiyi kimi, Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlətdir. Ölkəmizdə vətəndaşların hüquq və azadlıqları təmin olunmuşdur.

Ali Məclisin Sədri Konstitusiya Günü və yeni obyektlərin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, rəmzi açılışı bildirən lenti kəsmişdir.

Müasir standartlara uyğun inşa edilən kənd mərkəzi 3 mərtəbədən ibarətdir. Mərkəzin birinci mərtəbəsində kitabxana, polis sahə məntəqəsi, rabitə evi və feldşer-mama məntəqəsi yerləşir.

Mərkəzdə yerləşən kitabxanaya 1028 ədədi latın, 2494 ədədi isə kiril əlifbası ilə çap olunmuş 3522 kitab verilmişdir.

Polis sahə məntəqəsi üçün ayrılan iş otağında nümunəvi xidmət şəraiti yaradılmışdır. Binada baytarların fəaliyyəti üçün də lazımi şərait vardır. Ali Məclisin Sədri yaradılan şəraitlə tanış olmuş, baytarlıq xidmətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Kənd mərkəzində yerləşən rabitə evi Xurs və Nürgüt kəndlərinə xidmət göstərir. Burada quraşdırılan elektron ATS 160 nömrəlikdir. Rabitə evində yerləşən poçt bölməsində məktub və banderolların, teleqramların qəbulu və göndərilməsi, pul baratlarının qəbulu və ödənişi, qəzetlərin, müxtəlif növ danışıq və internet kartlarının satışı həyata keçiriləcək, kənd əhalisinə bank xidməti göstəriləcəkdir.

Feldşer-mama məntəqəsi kənddə səhiyyə xidmətinin təşkilinə imkan verəcəkdir. Məntəqə lazımi dərman vasitələri, soyuducu, peyvənd və ilkin tibbi yardım çantaları ilə təmin olunmuşdur.

Binanın ikinci və üçüncü mərtəbələrində inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyənin, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının, kənd mədəniyyət evinin fəaliyyəti üçün lazımi şərait yaradılmış, iclas zalı istifadəyə verilmişdir.

Binada fərdi qazanxana quraşdırılmış, həyətdə abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.

 

Xusr kənd xidmət mərkəzində

lazımi şərait yaradılmışdır

 

Xurs kəndində də yeni xidmət mərkəzi istifadəyə verilmişdir.

Ali Məclisin Sədri xidmət mərkəzinin rəmzi açılışını bildirən lenti kəsmişdir.

Xidmət mərkəzində ərzaq malları mağazası, ət satış yeri, qadın gözəllik salonu və bərbərxana istifadəyə verilmişdir. Mərkəzdə 4 nəfər işlə təmin olunmuşdur.

Kənd ağsaqqalları muxtar respublikamızda böyük quruculuq işlərinin həyata keçirildiyini qeyd etmiş, kəndlərdə əhalinin rahatlığı üçün yaradılan bu cür şəraitə görə minnətdarlıqlarını bildirmişlər.

Xidmət mərkəzinin binasında fərdi qızdırıcı quraşdırılmış, həyətdə abadlıq işləri aparılmış, gül kolları və ağaclar əkilmişdir.

 

X X X

 

Xurs kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi ilə bərabər, abadlıq işləri də aparılmış, 230 metr fiberoptik, 1100 metr elektrik xətti, 210 metr qaz və 470 metr su xətti çəkilmişdir.

 

Nürgüt kəndində təhsilin səviyyəsi

yüksəldilmişdir

 

Muxtar respublikada aparılan quruculuq işlərindən Nürgüt kəndinə də pay düşmüş, kənd məktəbi yeni bina ilə təmin olunmuşdur.

Noyabrın 12-də Nürgüt kənd tam orta məktəbinin açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəb binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Nürgüt Ordubad rayonunun ucqar dağ kəndlərindəndir. Gözəl təbiətə malik olan kənddəki məktəb binası bu günün tələblərinə cavab vermirdi. Ona görə də bu il məktəbdə yenidənqurma işləri aparılmış, müasir tədris avadanlıqları quraşdırılmışdır. Məktəbdə informasiya-kommunikasiya texnologiyalarının imkanları geniş tətbiq olunmuş, kompyuter sinifləri, elektron lövhəli siniflər istifadəyə verilmiş, internetə çıxış imkanı təmin olunmuşdur. Təhsil ocağında yeni laboratoriyalar yaradılmış, fənn kabinetləri istifadəyə verilmişdir.

Ali Məclisin Sədri demişdir: Nürgüt kənd tam orta məktəbinin zəngin təhsil ənənələri vardır. Bu ənənələr bu gün də davam etdirilir. Məktəbin məzunları hər il ali məktəblərə qəbulda uğurlu nəticələr göstərirlər. Bu da onu deməyə əsas verir ki, məktəbdə təlim-tədris prosesi günün tələbləri səviyyəsində qurulmuşdur.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür etmiş, rəmzi açılışı bildirən lenti kəsmiş, Nürgüt kənd tam orta məktəbində yaradılan şərait və tədrisin keyfiyyəti ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, məktəb binası 110 şagird yerlikdir. Məktəbdə 12 sinif otağı, kimya-biologiya kabineti, hərbi kabinet, 2 elektron lövhəli sinif, kompyuter otağı, müəllimlər otağı, kitabxana və açıq idman qurğuları vardır.

Məktəbin kitabxana fondunda 712 latın qrafikalı dərslik və 1352 bədii ədəbiyyat olmaqla 2064 kitab vardır. Kitabxanada 1 ədəd kompyuter də quraşdırılmışdır.

Kənd əhalisinə tibb xidməti göstərən feldşer-mama məntəqəsi də məktəb binasında yerləşir. Məntəqə üçün 2 otaq ayrılmışdır.

Ali Məclisin Sədri kənd əhalisinə göstərilən tibbi xidmətlə maraqlanmış, xidmətin yüksək səviyyədə təşkili barədə tapşırıqlar vermişdir.

 

Nürgüt kəndində xidmət mərkəzi

istifadəyə verilmişdir

 

Nürgüt kəndində aparılan quruculuq işləri zamanı əhalinin gündəlik məişət tələbatının ödənilməsi də diqqət mərkəzində saxlanılmış, yeni xidmət mərkəzi tikilmişdir.

Nürgüt kənd xidmət mərkəzinin açılışı olmuşdur.

Ali Məclisin Sədri xidmət mərkəzinin rəmzi açılışını bildirən lenti kəsmişdir.

Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri və ərzaq mağazası fəaliyyət göstərir. Mağazada muxtar respublikamızda istehsal olunan keyfiyyətli ərzaq və sənaye məhsullarının satışına daha çox üstünlük verilir. Mərkəzdə 4 nəfər işlə təmin olunmuşdur.

Xidmət mərkəzinin yerləşdiyi binanın həyətində də abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.

Kənd sakinləri muxtar respublikanın ucqar yaşayış məntəqəsi olan Nürgüt kəndində həyata keçirilən kompleks quruculuq və abadlıq işlərini ölkəmizdə, eləcə də muxtar respublikamızda insan amilinə verilən qiymətin ifadəsi kimi dəyərləndirmişlər. Qeyd olunmuşdur ki, kənddə yaradılan şərait insanların torpağa bağlılığını, onların qurub-yaratmaq əzmini daha da artırmışdır. Nürgütdə bu gün hər bir kənd sakini göstərilən dövlət qayğısını öz həyatında hiss edir.

Ali Məclisin Sədri muxtar respublikanın kəndlərində aparılan quruculuq işlərinin bundan sonra da davam etdiriləcəyini qeyd etmiş, sakinlərin yaradılan şəraitdən səmərəli istifadə edəcəklərinə əminliyini bildirmişdir.  

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib