İQTİSADİYYAT
Ötən ay Azərbaycandan dünya bazarlarına 101 min 376 ton dizel yanacağı ixrac edilib
Bakı, 5 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) marketinq və iqtisadi əməliyyatlar idarəsi tərəfindən avqust ayında 59 ton avtomobil benzini, 101 min 376 ton dizel yanacağı, 19 min 933 ton təyyarə yanacağı, 239 ton soba mazutu və 70 min 452 ton vakuum qazoylu ixrac edilib.
Bu barədə AZƏRTAC-a ARDNŞ-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, yanvar-avqust aylarında isə dünya bazarlarına ümumilikdə 745 ton avtomobil benzini, 629 min 606 ton dizel yanacağı, 119 min 715 ton təyyarə yanacağı, 417 ton soba mazutu və 285 min 882 ton vakuum qazoylu ixrac olunub. Ötən ay dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 938,29 dollar, təyyarə yanacağının - 926,29 dollar, dizel yanacağının - 863,44 dollar, 1 faiz kükürdlü mazutun qiyməti isə 573,96 dollar təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]