OVÇULUQ FƏALİYYƏTİNİ NİZAMLAYAN QANUN LAYİHƏSİ PARLAMENTİN MÜZAKİRƏSİNƏ ÇIXARILMIŞDIR
Layihə ilə bağlı Milli Məclisin iqtisadi qanunvericilik şöbəsinin aqrar qanunvericilik bölməsinin müdiri Şahmərdan Kərimov məlumat vermişdir. O demişdir ki, bu qanun Azərbaycan Respublikası ərazisində ovçuluğun təşkilinin, ovçuluq fəaliyyətinin həyata keçirilməsinin, ovçuluq təsərrüfatının idarə edilməsinin, habelə ovçuluq obyektlərinin mühafizəsinin və istifadəsinin hüquqi əsaslarını müəyyən edir. Qanun layihəsi 7 fəsil və 34 maddədən ibarətdir. İclasda iştirak edən deputatlar və mütəxəssislər layihə ilə bağlı təkliflərini söyləmişlər. Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə layihə ilə bağlı tövsiyələrini vermişdir.
Sonda layihənin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]