MƏDƏNİYYƏT
Özbəkistan portalı Heydər Əliyev Mərkəzində nümayiş olunan kukla sərgisinə dair videomaterial yayımlayıb VİDEO
Daşkənd, 8 aprel, АZƏRTAC
Özbəkistanın qalampir.uz portalı Heydər Əliyev Mərkəzində nümayiş olunan kukla sərgisinə dair videomaterial yayımlayıb.
AZƏRTAC xəbər verir ki, videomaterial bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistinin Azərbaycana mediaturu çərçivəsində hazırlanıb.
Portalda verilən mətndə və videomaterialda bildirilir ki, sərgidəki kuklalar turistlərdə xüsusi maraq yaradır. Bildirilir ki, sərgidə Amerika Birləşmiş Ştatları, Almaniya, Avstraliya, Belarus, Fransa, Yaponiya, İtaliya, İsrail, Rusiya, İndoneziya, Ukrayna və digər ölkələrin tanınmış 60 kukla rəssamının 230-dan artıq əl işi nümayiş etdirilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [19:18]
Yuliys Straume-150: Naxışlar fərqli mədəniyyətlərdə
- 21.05.2024 [18:24]
Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb
- 21.05.2024 [13:26]
Xalq artisti Yeganə Axundova Estoniyada konsert proqramı verib
- 21.05.2024 [12:49]