DÜNYA
ÖZBƏKİSTANDA QIZIL ÇIXARILMASI İLƏ İSRAİL ŞİRKƏTİ MƏŞĞUL OLACAQ
Bu şirkət Qızılqum səhrasındakı “Kokpatas” və “Dauqıztay” qızıl yataqlarında qiymətli metalın istehsalı üçün böyük kompleks tikəcəkdir. Layihənin reallaşmasından ötrü ABŞ-ın “Eksimbank” və Almaniyanın “Berliner bank” bankları 198 milyon dollar kredit ayıracaqdır.
Nəvai metallurgiya kombinatının direktoru Nikolay Kuçerski jurnalistlərlə söhbətdə bildirmişdir ki, layihə işə düşdükdən sonra 2007-ci ildə hər iki yataqdan ildə 20 tona qədər əla əyarlı qızıl çıxarılacağı gözlənilir.
Xatırladırıq ki, bu kombinat Özbəkistanda qiymətli metallar, o cümlədən uran istehsalı ilə məşğuldur. Son illər ölkədə istehsal olunan 80 ton qızılın 59-60 tonu bu müəssisənin payına düşür.