Özbəkistanın tanınmış alim və ədibləri Ədəbiyyat Muzeyinin qonağı olublar
Bakı, 25 may, AZƏRTAC
Özbəkistanın tanınmış alim və ədibləri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olublar.
Muzeydən AZƏRTAC-a bildirilib ki, ekspozisiya ilə tanış olan Özbəkistanın klassik və müasir ədəbiyyatının tanınmış tədqiqatçıları - professor Bakidjan Tuxliyev, Zudiddin İsomiddinov, Gulbohor Aşurova və digərlərinə muzeyin yaranma tarixi, burada qorunan zəngin ədəbi-mədəni irs nümunələri, Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib.
Daha sonra qonaqlar muzeyin direktoru akademik Rafael Hüseynovla görüşüblər.
Görüşdə ölkələrimiz arasında durmadan inkişaf edən qarşılıqlı faydalı münasibətlərdə mədəniyyət, elm və ədəbiyyatın rolu xüsusi vurğulanıb, müştərək layihələrin gerçəkləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.