DÜNYA
Pakistanda güclü yağışların yaratdığı daşqınlar 1314 nəfərin həyatına son qoyub
Bakı, 5 sentyabr, AZƏRTAC
İyunun 14-dən bu günədək davam edən yağışlar nəticəsində 458 uşaq, 262 qadın olmaqla 1314 nəfər həyatını itirib, 12703 nəfər isə yaralanıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, yağışlar nəticəsində yaranan daşqınlar ölkəyə 10-12,5 milyard dollar ziyan vurub.
Yağışlar nəticəsində 1 milyon 682 min 726 evə ziyan dəyib, onlardan 557 min 891-i tamamilə dağılıb.
Ümumilikdə 5 min 735 kilometr yol, 246 körpü və 173 iş yeri dağılıb, 750 min 405 təsərrüfat heyvanı tələf olub.
Yağışlardan 33,4 milyon insan zərər çəkdiyi halda, 631 min 824 nəfər çadır şəhərciklərində yaşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [17:53]
Meksikada ekstremal istilər meymunların ölümünə səbəb olur
- 21.05.2024 [17:04]
Macarıstanda turizm sektoruna dövlət dəstəyi göstərilir
- 21.05.2024 [17:00]
Skarlett Yohansson “Open AI” şirkətini oğurluqda ittiham edib
- 21.05.2024 [16:02]
Sinqapur təyyarəsi turbulensə düşdü: ölən və yaralanalar var
- 21.05.2024 [15:22]