Pakistanda hərbi bazada törədilmiş terror aktı nəticəsində 69 adam həlak olmuşdur
Bakı, 13 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, taliblər Pakistanın şimal-qərbində hərbi bazaya hücum etmişlər. İntiharçı-terrorçuların əməlləri nəticəsində, əsas etibarilə, hərbi qulluğa yeni çağırılmış 69 adam həlak olmuşdur.
Partlayış bazanın onlarca hərbi qulluqçunun toplaşdığı girişində törədilmişdir. Evlərinə qısamüddətli ezamiyyətə yola düşən hərbi qulluqçular maşınlara otururmuşlar. Onların əksəriyyəti yerindəcə həlak olmuş, onlarca hərbçi müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməmişdir. Lakin Pakistanın hakimiyyət orqanları əmindirlər ki, terror aktını yerli taliblər “bahar hücumları” çərçivəsində törətmişlər.
“Taliban” qruplaşmasının Pakistan bölməsi bundan əvvəl bildirmişdi ki, Üsamə bin Ladenin məhvinə görə qisas almaq niyyətindədir.
Xatırladaq ki, son həftə taliblər Əfqanıstan və Pakistanda hökumət qoşunlarına qarşı bir sıra hücumlar təşkil etmişlər. Məsələn, onlar Qəndəharın mərkəzini müəyyən müddətə nəzarət altına ala bilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:08]
ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]
Fransada yanğınsöndürənlər tətilə başlayıblar
- 09.09.2026 [12:27]
BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
- 09.09.2026 [11:59]