Pakistanda keçirilən beynəlxalq konfransda ölkəmiz təmsil olunub
Bakı, 3 noyabr, AZƏRTAC
Dünyanın ən nüfuzlu universitetlərindən biri - 40 mindən çox tələbəsi olan Pakistanın Lahor Universitetində "Müttəfiq Səhiyyə Elmlərində İrəliləyişlər" adlı beynəlxalq konfrans keçirilib.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, konfransda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, fizioterapevt-reabilitoloq Pərvin Əkbərov "Azərbaycanda II Qarabağ müharibəsindən sonra qazilərin reabilitasiya proqramı" məruzəsi ilə çıxış edib.
Bununla yanaşı, gələcəkdə Lahor Universiteti ilə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun birgə elmi araşdırmalar və təcrübələrin paylaşması mövzusunda memorandum imzalanıb.
Qeyd edək ki, sözügedən konfransa 40 əcnəbi və 60 yerli məruzəçi qatılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]