Pakistanın bir sıra nüfuzlu qəzetlərində ulu öndər Heydər Əliyev haqqında məqalələr dərc olunmuşdur
Bakı, 11 may (AZƏRTAC). Pakistanda ingilis dilində nəşr olunan “States Times” qəzetinin 9 may tarixli nömrəsində və urdudilli “Daily Azkaar”, “Daily Islamabad Times”, “Daily Musalman”, “Daily Taseer”, “Əl-qəmər” və “Daily Madaar” qəzetlərinin 10 may tarixli nömrələrində “Heydər Əliyev azərbaycanlıların ümummilli lideridir” sərlövhəli məqalələri dərc edilmişdir.
Azərbaycanın Pakistandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, yazılarda ulu öndərin keçdiyi şərəfli ömür yolundan və zəngin fəaliyyətindən bəhs olunmuşdur.
Məqalələrdə həm Sovet İttifaqı dövründə Heydər Əliyevin rəhbərliyi ilə görülmüş işlər nəticəsində Azərbaycanın inkişafı, həm də suveren Azərbaycan dövlətinin strukturunun formalaşdırılması istiqamətində ümummilli liderin apardığı islahatlar barədə ətraflı məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, məhz dahi şəxsiyyətin səyləri nəticəsində Azərbaycanda siyasi-iqtisadi sabitlik yaradılmış, ölkəmizin mənafeyinə uyğun balanslaşdırılmış xarici siyasət xətti bərqərar olunmuş və respublikamızı iqtisadi tərəqqisinə təkan verən qlobal əhəmiyyətli enerji layihələri həyata keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]