İQTİSADİYYAT
Palata sədri: Dövlət maliyyə sistemində ictimai nəzarətin tamlığının və əhatəliliyinin təmini üçün hesabatlılıq tam təmin edilməlidir
![Palata sədri: Dövlət maliyyə sistemində ictimai nəzarətin tamlığının və əhatəliliyinin təmini üçün hesabatlılıq tam təmin edilməlidir](/files/2019/2/1200x630/15641450761885443501_1200x630.jpg)
Bakı, 26 iyul, AZƏRTAC
Dövlət maliyyə sistemində ictimai nəzarətin tamlığının və əhatəliliyinin təmin edilməsi üçün hesabatlılıq tam təmin olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
V.Gülməmmədov Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondunun büdcəsi ilə bağlı Qanun layihələrinin Milli Məclis tərəfindən müzakirə olunduqdan sonra qəbul edildiyini diqqətə çatdırıb, bu fondların büdcələrinin icrası ilə bağlı hesabatlılığın təmin olunmadığını bildirib. Palata sədri hər iki fondun sosial əhəmiyyətə malik olduğunu, eyni zamanda, əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində dövlət büdcəsindən bu fondlara kifayət qədər vəsaitin ayrıldığını diqqətə çatdırıb. O, dövlət maliyyə sistemində hesabatlılıq və şəffaflığın, ictimai nəzarətin tamlığının və əhatəliliyinin təmin edilməsi məqsədilə həmin fondların büdcələrinin icrası üzrə müvafiq qanun layihələrinin hazırlanması və dövlət büdcəsində olduğu kimi, Milli Məclisdə müzakirə olunmasının təmin edilməsi üçün bu istiqamətdə müvafiq addımların atılmasının zəruriliyini qeyd edib.