DÜNYA
Parisdə İkinci Dünya müharibəsinin partlamamış mərmisi zərərsizləşdirilib
Paris, 18 fevral, AZƏRTAC
Parisdə İkinci Dünya müharibəsindən qalma partlamamış 500 kiloqramlıq Amerika aviasiya mərmisi aşkar edilib.
AZƏRTAC xəbər verir ki, Parisin 18-ci rayonunda tikinti aparılan sahədə aşkar edilmiş aviasiya mərmisi polis prefekturasının mina təmizləmə qrupu tərəfindən partladılaraq zərərsizləşdirilib.
Mərminin zərərsizləşdirilməsi əməliyyatı zamanı 1800 sakin evakuasiya edilib. Parisin şimalında “Şimal vağzalı” istiqamətində qatarların gediş-gəlişi, ümumiyyətlə, nəqliyyatın hərəkəti dayandırılıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:03]
Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb
- 06.05.2024 [14:08]
“Tesla” Hindistan şirkətini məhkəməyə verib
- 06.05.2024 [13:42]
Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq
- 06.05.2024 [13:33]
Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub
- 06.05.2024 [13:06]
Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək
- 06.05.2024 [12:58]