PARİSİN YUXARI İNSTANSİYA MƏHKƏMƏSİ MALTANIN FİM BANKININ AZƏRBAYCANA QARŞI İDDİALARINI ƏSASSIZ SAYMIŞDIR
Xatırladaq ki, FİM Bankın müxtəlif məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddialar nəticəsində Hollandiyada, Fransada, Bermuda adalarında qeydiyyatdan keçmiş peyk rabitəsi ilə məşğul olan şirkətlərdə ölkəmizə məxsus olan qiymətli kağızlara həbs qoyulması barədə qərar çıxarılmışdı. Azərbaycan dövləti adından Paris Məhkəməsinə müraciət edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Paris Məhkəməsinin qərarının əsassız olduğu, Azərbaycana vurulmuş mənəvi və maddi ziyanların ödənilməsi ilə əlaqədar adı çəkilən Fransa məhkəməsində qarşılıqlı iddia qaldırmışdı.
FİM Bankın iddialarının Azərbaycan dövlətinə aid olmadığı qarşılıqlı iddianın məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir.
Qeyd edilir ki, Azərbaycanda fəaliyyət göstərən “Poçtbank”da Küveytin KİFİ şirkətinin 20 faiz, Rabitə Nazirliyinin tabeliyində olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin və “Azərpoçt” Dövlət Müəssisəsinin isə birlikdə 24 faiz payı olmuşdur.
Küveyt şirkəti həm də FİM Bankın əsas təsisçisidir və şirkətin rəhbəri eyni zamanda FİM Banka rəhbərlik edir.
“Poçtbank”ın külli miqdarda borcu yarandığından FİM Bankdan kredit istəyib. FİM Bank isə öz növbəsində Azərbaycan hökuməti adından müəyyən sənədlər təqdim edildikdən sonra vəsait verə biləcəyini bildirib. Beləliklə, iki “dost” bank arasında maliyyə əməliyyatı başlanmışdır. “Poçtbank” saxta sənədlər düzəltməyə nail olur və qarşı tərəfə təqdim edir. FİM Bankda bu sənədlərin həqiqi olmadığını bilsələr də, ikitərəfli razılaşmalar nəticəsində əməliyyat baş tutur, “Poçtbank” aldığı vəsait hesabına borclarının müəyyən hissəsini qaytarır. Qarşı tərəfə təqdim olunan saxta sənədlərdə isə göstərilmişdi ki, guya Rabitə Nazirliyinə məxsus olan “Aztell” və “Baktell” şirkətləri (əslində bu şirkətlər mövcud olmayıb) üçün telekommunikasiya avadanlıqları alınacaq və həmin vəsaitin geri qaytarılmasına isə guya Rabitə Nazirliyi zəmanət verir.
“Poçtbank” FİM Bankdan saxta sənədlərə əsasən aldığı kredit vəsaitini geri qaytara bilməyib və beləliklə, iki bank arasında aparılan maliyyə əməliyyatı uğursuzluqla nəticələnib. “Poçtbank”ın düşdüyü vəziyyət FİM Banka yaxşı heç nə vəd etmədiyindən Malta bankı verdiyi pulları Azərbaycan dövlətindən almaq qərarına gəlib və məhkəmələrə müraciət edib. Bundan sonra FİM Bank Hollandiyanın Rotterdam məhkəməsində Azərbaycanın Rabitə Nazirliyinə məxsusluğu iddia olunan “Aztell” və “Baktell” şirkətləri üçün “Poçtbank” vasitəsilə alınmış 3 milyon 35 min və 1 milyon 560 min ABŞ dolları məbləğində kreditin qaytarılmaması ilə əlaqədar iddia qaldırmış və iddianı təmin etmək tədbiri kimi Azərbaycana məxsus olan səhmlərə və üçüncü şəxslərin Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, Dövlət Neft Şirkətinə və Dövlət Neft Fonduna olan borclarına həbs qoyulmasına nail olmuşdu.
Bununla əlaqədar, digər ölkələrdə də məhkəmələrə müraciət olunmuşdu və bunlar əsasən Azərbaycan dövlətinə qarşı olan iddianı təmin etmə tədbirləri kimi görülən işlər idi. Bu tədbirlərdən biri kimi 2004-cü ilin iyul ayında FİM Bank tərəfindən Paris məhkəməsinə müraciət olunmuş və həmin məhkəmənin qərarı ilə “EUTelsat” S.A. peyk rabitəsi şirkətində Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məxsus olan 500 min ədəd səhmə və səhmlərdən əldə edilən dividendlərə həbs qoyulmuşdu.
Fransa qanunvericiliyinə görə qarşı tərəfin iştirakı olmadan məhkəmə iddianı təmin etmə tədbiri kimi cavabdeh tərəfin əmlakına həbs qərarı çıxara bilər. Bu prosesdə də Paris məhkəməsi Azərbaycan tərəfinin iştirakı olmadan belə bir qərar çıxarmışdı.
Bu məsələdə Azərbaycan dövlətinin mənafeyini müdafiə etmək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edildiyindən, nazirliyin hüquq şöbəsi tərəfindən əlaqədar dövlət strukturları ilə birlikdə lazımi sənədlər toplusu hazırlanmış və FİM Bankın iddialarının əsassız olduğu, eləcə də ölkəmizə vurulan maddi və mənəvi ziyanın ödənilməsi barəsində qarşılıqlı iddia Paris məhkəməsinə təqdim olunmuşdu.
Bu il oktyabr ayının 13-də Paris məhkəməsində hər iki tərəfin iştirakı ilə Azərbaycan tərəfinin müraciətinə baxılmışdır.
FİM Bankın hüquqşünasları məhkəmənin təxirə salınmasını istəsələr də, bu, baş tutmamış, məhkəmə iclasında hər iki tərəfin arqumentləri dinlənilmiş və qərar qəbul edilməsi üçün vaxt istənilmişdir.
Nəhayət, noyabrın 10-da məhkəmə iclası keçirilmiş və Azərbaycan dövlətinin xeyrinə qərar qəbul olunmuşdur.
Məhkəmə prosesinin nəticəsində Azərbaycan tərəfi əsassız olaraq məhkəməyə cəlb edildiyinə görə, FİM Bank tərəfindən 5 min avro məbləğində vəsaitin Azərbaycana verilməsi və 900 avro məbləğində məhkəmə xərclərinin ödənilməsi qərara alınmışdır.
Göründüyü kimi, ədalətin bərpası istiqamətində çox mühüm bir addım atılmışdır. Nəticədə bu günədək FİM Bank tərəfindən Azərbaycana qarşı qaldırılmış 6 milyon 750 min avro məbləğində vəsaitin ödənilməsinin qarşısı alınmış və ölkəmizin beynəlxalq aləmdə müsbət imici qorunmuşdur. Eyni zamanda sübut edilmişdir ki, mübahisənin Azərbaycan dövləti ilə heç bir əlaqəsi yoxdur, uğursuz maliyyə əməliyyatından sonra itirilmiş vəsaitlə əlaqədar suallar iki bank arasında aydınlaşdırılmalıdır. Tərəflərin məhkəmə qərarından apelyasiya şikayəti vermək hüququ vardır.
Xarici ölkə məhkəməsində Azərbaycanın xeyrinə çıxarılmış bu qərar ilk və mühüm addım hesab edilir.
Nazirlikdən verilən məlumatda bildirilir ki, əldə edilmiş uğuru dekabrın 18-də Rotterdamda keçiriləcək məhkəmə prosesində də davam etdirmək üçün indidən ciddi hazırlıq işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi
- 17.10.2026 [23:34]
Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq
- 17.10.2026 [23:28]
Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib
- 17.10.2026 [22:55]
Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır
- 17.10.2026 [22:49]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [21:41]
Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib
- 17.10.2026 [21:39]
“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik
- 17.10.2026 [21:31]
İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb
- 17.10.2026 [21:24]
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
- 17.10.2026 [20:54]
PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb
- 17.10.2026 [20:45]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [20:17]
Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub
- 17.10.2026 [20:05]
Bu saata olan əsas xəbərlər
- 17.10.2026 [20:00]
"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib
- 17.10.2026 [19:32]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [18:11]
Qazaxda 12 yaşlı qızı avtomobil vurub
- 17.10.2026 [17:58]
Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib
- 17.10.2026 [17:31]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
- 17.10.2026 [15:45]
“Öz yazarını seç” – onlayn səsverməyə start verilir
- 17.10.2026 [15:42]
G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub
- 17.10.2026 [15:38]
Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB
- 17.10.2026 [15:01]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [14:25]
“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub
- 17.10.2026 [13:56]
Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb
- 17.10.2026 [13:32]
Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub
- 17.10.2026 [13:24]
Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur
- 17.10.2026 [13:12]
Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər
- 17.10.2026 [13:11]
Bazar gününün hava proqnozu açıqlanıb
- 17.10.2026 [12:58]
Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir
- 17.10.2026 [12:42]
“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub
- 17.10.2026 [12:40]
Bakıda İndoneziya mətbəxi təqdim olunub
- 17.10.2026 [12:31]
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib
- 17.10.2026 [12:26]
Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb
- 17.10.2026 [12:21]
Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub
- 17.10.2026 [12:16]
Bu saata olan əsas xəbərlər
- 17.10.2026 [12:01]
Vətən müharibəsinin xronikası: 17 oktyabr
- 17.10.2026 [12:00]
Azərbaycan nefti 116 dollara satılır
- 17.10.2026 [11:28]
Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir
- 17.10.2026 [11:02]
Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür
- 17.10.2026 [10:49]
Birjalarda neft bahalaşıb
- 17.10.2026 [10:44]
Qızıl və gümüş bahalaşıb
- 17.10.2026 [10:42]
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb
- 17.10.2026 [10:40]
Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq
- 17.10.2026 [10:30]
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
- 17.10.2026 [10:02]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
- 17.10.2026 [09:54]
Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim
- 17.10.2026 [09:37]
Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb
- 17.10.2026 [09:15]
Bu gün Füzuli Şəhəri Günüdür
- 17.10.2026 [08:30]
Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb
- 17.10.2026 [07:20]
CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb
- 17.10.2026 [06:52]