PARLAMENT XƏBƏRLƏRİ
Milli Məclisin deputatları Səttar Səfərov, Eldar İbrahimov və Aydın Mirzəzadə ATƏT-in Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün fevralın 19-dan 22-dək Vyanada səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sessiyada təşkilatın siyasi, təhlükəsizlik, iqtisadi, elm, texnologiya və ətraf mühit, demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitələrində qəbul edilmiş qərarların icrası müzakirə olunacaqdır.
Assambleyanın iclasında təşkilatın milli azlıqlar üzrə ali komissarının məruzəsi dinləniləcək, jurnalistika, demokratiya sahəsində mükafatlar təqdim olunacaq, söz, mətbuat azadlığı barədə fikir mübadiləsi aparılacaqdır.
X X X
Milli Məclisdən AZƏRTAC-a verilən başqa bir xəbərdə deyilir ki, deputat Əli Hüseynov “Parlamentarilər korrupsiyaya qarşı” adlı təşkilatın yeni departamentinin təsis iclasında iştirak etmək üçün fevralın 20-dən 23-dək Kiyevdə səfərdə olacaqdır.
İclasda yeni qurumun rəhbər və icra orqanlarına seçkilər keçiriləcək, onun təsis sənədləri və gələcək iş planı təsdiq ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [17:30]
Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [22:26]