“Paycell” xidməti ilə bağlı növbəti yenilik tətbiq olunmuşdur
Bakı, 28 sentyabr (AZƏRTAC). “Azercell Telekom” MMC “Paycell” xidməti ilə bağlı yenilik tətbiq etmişdir. Bundan sonra gün ərzində hansı nömrəyə neçə dəfə və nə qədər hədiyyə vəsaitinin göndərildiyini öyrənmək mümkün olacaqdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, istənilən abonent “Paycell” haqqında məlumat ala biləcəkdir. Bunun üçün fakturalı və fakturasız xətt abonentləri “Paycell”dən istifadə tarixini 9201 qısa nömrəsinə göndərməlidirlər.
Qeyd edək ki, Azercell abonentləri yalnız son 90 gün ərzində göndərilən “Paycell”lər haqqında məlumat ala bilərlər. Xidmətdən istifadə haqqı 2 qəpik təşkil edir.
Xatırladaq ki, “Paycell” xidməti abonentlərə öz balansından istənilən Azercell fakturasız xətt nömrəsinə vəsait köçürməyə imkan verir. Bu zaman 20 qəpik, 50 qəpik və 1 manat məbləğ köçürmək mümkündür. Bunun üçün məbləğ köçürüləcək abonentin nömrəsini SMS vasitəsilə 9204 (20 qəpik üçün), 9200 (50 qəpik üçün) və ya 9202 (1 manat üçün) nömrəsinə göndərmək lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2026 [12:08]
WUF13 çərçivəsində 179 minə yaxın sərnişin daşınıb
- 22.05.2026 [22:07]
Mebel sənayesi sahəsində yeni dövlət standartları qəbul edilib
- 22.05.2026 [22:03]