Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxt rayonlarında faşizm üzərində qələbənin 73-cü ildönümü qeyd edilib

Bakı, 10 may, AZƏRTAC

Paytaxtın ayrı-ayrı rayonlarında Faşizm üzərində Qələbə günü münasibətilə tədbirlər keçirilib. Həmin tədbirlərdən bir neçəsi barədə AZƏRTAC-a məlumat verilib.

Xəzər rayonunda Qələbə Günü münasibətilə anım mərasimi Şüvəlan qəsəbəsində salınan Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə salınmış parkda keçirilib.

Dövlət himni səslənəndən sonra bir dəqiqəlik sükutla İkinci Dünya müharibəsində həlak olmuş igid oğul və qızlarımızın əziz xatirəsi yad edilib, xatirə abidəsinin önünə gül-çiçək dəstələri qoyulub.

Tədbirdə çıxış edənlər bu bayram münasibətilə veteranları təbrik ediblər.

Orta məktəb şagirdləri Vətən, qələbə və torpaq mövzusunda şeirlər söyləyiblər.

Tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, tər güllər düzüblər.

X X X

Suraxanı rayonunda bu məqsədlə keçirilən tədbirin iştirakçıları əvvəlcə Qaraçuxur qəsəbəsində yerləşən “Vətən Şəhidləri Unudulmur” abidəsinin önünə gül dəstələri qoyublar.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov Böyük Vətən müharibəsi illərində Suraxanı neftçilərinin gecə-gündüz əzmlə çalışaraq cəbhənin yanacaqla təmin edilməsində əsaslı pay sahibi olduqlarını söyləyib. Qeyd olunub ki, ölkə Prezidenti İlham Əliyev İkinci Dünya müharibəsi veteranlarının qayğılarına həssaslıqla yanaşır. Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilənlərə birdəfəlik maddi yardım verilməsi bunun bariz nümunəsidir. Bundan əlavə Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyadan olanlara ayrılmış Prezident təqaüdünün artırılması, müharibə iştirakçılarının xüsusi avtonəqliyyatla təmin edilməsi də veteranlara göstərilən dövlət qayğısının bir hissəsidir.

1941-1945-ci illər müharibəsinin veteranları Cənnət Hüseynov və İldırım İmanov döyüş xatirələrini bölüşüb, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Tədbir bədii hissə ilə davam etdirilib.

X X X

Pirallahı Rayon İcra Hakimiyyətinin humanitar məsələlər şöbəsinin müdir müavini Vüsal Babayev İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında xalqımızın göstərdiyi şücaət və mərdlikdən danışıb. O, sovet ordusunun tank və təyyarələrinin Bakı neftçilərinin istehsal etdiyi yanacaqla hərəkətə gətirildiyini xüsusi vurğulayıb. Qeyd olunub ki, Böyük Vətən müharibəsi veteranlarının gənc nəsil arasında hərbi-vətənpərvərlik tərbiyəsinin güclənməsində əvəzsiz rolu var.

Rayondakı rus icmasının sədri Yelena Aşurova bayram münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Tədbirdə iştirak edən Böyük Vətən müharibəsi veteranlarına hədiyyələr təqdim olunub.

Tədbir konsert proqramı ilə yekunlaşıb.

X X X

Xətai rayonunda da II Dünya müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü qeyd olunub. Tədbir iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov adına parkda və Əhmədli qəsəbəsindəki Böyük Vətən müharibəsində həlak olan qəsəbə sakinlərinin xatirəsinə ucaldılmış Naməlum əsgər abidə kompleksinin önündə baş tutub.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Etibar Əhmədov II Dünya müharibəsində faşizm üzərində əldə olunmuş qələbənin əhəmiyyətindən, xalqımızın bu ağır sınağın çətinliklərindən mətanətlə çıxdığını bildirib. O, 1941-1945-ci illərdə Bakıda 63 yeni neft və kimya sənayesi müəssisəsinin tikilib işə salındığı, döyüşən ordunun yanacaqla təminatında həmin müəssisələrin böyük rol oynadığını bildirib.

Rayon Veteranlar Təşkilatının sədri Nəcibə Məhərrəmova veteranlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Tədbir rayon məktəblilərinin hazırladığı ədəbi-bədii hissə ilə davam etdirilib.

X X X

Nərimanov rayonunda yerləşən “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksində faşizm üzərində Qələbənin 73-cü ildönümü ilə əlaqədar mərasim dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Böyük Vətən müharibəsində, həmçinin Qarabağ torpaqlarının uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Azərbaycan xalqının faşizm üzərindəki tarixi qələbəyə böyük töhfə verdiyini bildiriblər. Zəfərin əldə olunmasındakı igidliyə görə Azərbaycanın 130-dan çox vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına, 170 mindən çox əsgər və zabitinin müxtəlif orden və medallara layiq görüldüyü söylənib. Alman faşizmi üzərində qazanılan möhtəşəm qələbənin əldə olunmasında xalqımızın övladlarının layiqli töhfələr verdiyi qeyd edilib.

Böyük Vətən müharibəsi veteranı Hilal İbrahimov öz çıxışında edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlığını bildirib.

Tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, gül dəstələri düzüblər.

Kompleksi ziyarət ediləndən sonra veteranların iştirakı ilə şəkillər çəkilib.

Tədbir retro avtomobillərin yürüşü ilə yekunlaşıb.

X X X

Yasamal rayonunda Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önündə Böyük Vətən müharibəsi qurbanlarının anım tədbiri keçirilib.

Tədbirdə Dövlət Himni səslənəndən sonra qəhrəmanın abidəsi önünə əklil və gül dəstələri düzülüb.

Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov veteranlarla görüşdə azərbaycanlı döyüşçülərdən formalaşdırılan milli atıcı diviziyaların Qafqazdan Berlinədək keçdiyi şanlı döyüş yolundan, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və digər şəhər və yaşayış məntəqələri uğrunda vətəndaşlarımızın göstərdikləri fədakarlıq nümunələrindən danışıb.

Qeyd olunub ki, 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80, motor yağlarının isə 90 faizi Azərbaycandan təmin olunub. Xalqımızın övladları cəbhəyə 7 tondan çox donor qanı verib.

Görüşdə çıxış edən veteranlar onların problemlərinə və sosial məsələlərinin həllinə diqqət və qayğı ilə yanaşdığına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Hacıqabulda açıq ərazidə yanğın başlayıb

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir

LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib

Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək

Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb

XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

Seymur Məmmədov: Azyaşlılar qanunda təklif olunan dəyişikliklər barədə düzgün maarifləndirilməlidir

Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir

Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək

İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY

Şəhid və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları Azərbaycanın enerji tarixi ilə tanış olublar

U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq

Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT

Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

BMU və İCMA arasında birgə fəaliyyət istiqamətləri müəyyənləşib

Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub

Azərbaycanın enerji diplomatiyası: Qlobal enerji təhlükəsizliyinə inteqrasiya olunmuş strateji inkişaf modeli - ŞƏRH

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir

Azərbaycan uşaqların maraqlarını və təhlükəsizliyini prioritet hesab edən hüquqi mexanizmlər formalaşdırır – ŞƏRH

Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib

Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir

Elmir Vəlizadə: Qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

“Uşaqlar və Hüquq” – Yeni kitab təqdimatı

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşların müraciətlərini dinləyəcək

Bahar Muradova: Uşaqların hüquq düşüncəsinin formalaşdırılması onların gələcəyi üçün mühüm investisiyadır

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

Avropa Komissiyası: Lüksemburqda pensiya islahatı doğru, lakin çox kiçik addımdır

Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi müxtəlif problemlərə səbəb olur

Hesabat: Həkimlər süni intellekti səhiyyə sistemində AI texnologiyalarının tətbiqindən daha sürətlə mənimsəyirlər

Startap təsisçisi: Yanaşmamız “iLoyal”ı vahid biznes platforması kimi inkişaf etdirməkdir - MÜSAHİBƏ

® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim

Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

Maurits Rodenberq: Orta Dəhliz regiona yeni investisiyaların cəlb olunmasına imkan yaradacaq

“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib

İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb

Fərid Pərdəşünas: Mənfi halların qarşısını almaq üçün yeni qanun layihəsinin qəbulu vacibdir

Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir

Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

Aİ Şurası və Avropa Parlamenti müdafiə sənayesinin gücləndirilməsinə razılıq verib

Tarixin söz körpüsü: bölgə yazarları Şəkidə bir araya gəldi

Rabatda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib

Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər

İsmayıllıda Qafqaz Albaniyasının etnomədəni irsi araşdırılır – ekspedisiya rəhbəri ilə müsahibə

Azərbaycanda dağınıq skleroz üzrə aparılan tədqiqatlar Türkiyədə təqdim edilib

FIFA prezidenti: Los-Ancelesə dünya çempionatında “xoşbəxt barbarlar” axın edəcəklər

® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində

DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər

® “Expressbank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026”nın rəsmi tərəfdaşıdır

Britaniyada müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergi artımı gündəmdədir

Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb

İncəsənət məktəblərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları: məzunlara elektron şəhadətnamə veriləcək

Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib

Mustafa Aşurov: Səid Rüstəmovun musiqi irsi onun adını daşıyan orkestr tərəfindən uğurla yaşadılır

İkinci rübdə qlobal neft ehtiyatları gündəlik 6,3 milyon barel azalacaq – PROQNOZ

Çinin Sian Şiyou Universitetinin nümayəndə heyəti BDU-da olub

İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir

Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb

İran Amerika bazasındakı dörd obyektə zərbə endirib

AzMİU-da “Risklərin qiymətləndirilməsi və idarə olunması” Elmi-Tədqiqat Mərkəzi yaradılıb

Belçikada “İRS” Nəşriyyat Evinin yeni nəşrlərinin təqdimatı olub

Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar