CƏMİYYƏT
Paytaxtda 105 nəfər könüllü qan verib
Bakı, 25 iyul (AZƏRTAC). Mərkəzi Qan Bankı, Qan Donorları Assosiasiyası və Azərbaycan Talassemiya Federasiyası bir araya gələrək Bakıdakı “Park Bulvar”da təmənnasız qanvermə aksiyası keçirib.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, istilərlə və Ramazan ayı ilə əlaqədar hazırda Mərkəzi Qan Bankında, o cümlədən digər xəstəxanalarda qan qıtlığı vardır. İrsi qan xəstəliklərindən əziyyət çəkən insanlara isə mütəmadi qan köçürülməlidir. Müvəqqəti yaranan qan qıtlığının aradan qaldırılması məqsədi ilə keçirilən aksiyada 105 nəfər paytaxt sakini könüllü qan verib.
Toplanan qan sabahdan etibarən irsi qan xəstələrinin müalicəsində təmənnasız istifadə olunacaqdır.