Paytaxtda mağazadan oğurluğa cəhd edən iki nəfər saxlanılıb
Bakı, 18 aprel, AZƏRTAC
Bakıda mağazadan oğurluğa cəhd edən iki nəfər saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 17-də saat 04.13-də Nərimanov rayonu ərazisində yerləşən, xüsusi texniki vasitələrlə qorunan mağazaların birindən Nərimanov Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərən 2 nəfər saxlanılıb. Onların Gəncə şəhər sakinləri Mixail Mirasliçenko və Ruslan Mirasliçenko olmaları məlum olub.
Hər iki şəxs araşdırma aparılması üçün Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə təhvil verilib.
Araşdırma davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb
- 07.06.2026 [23:50]
İran yenidən İsrailə hava zərbələri endirib
- 07.06.2026 [23:47]
Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib
- 07.06.2026 [23:18]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [23:04]
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
- 07.06.2026 [21:49]
Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb
- 07.06.2026 [21:36]
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
- 07.06.2026 [21:29]