Paytaxtdakı bu küçələrin kəsişməsində yol hərəkətinin təşkili dəyişdiriləcək
Bakı, 6 fevral, AZƏRTAC
Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, qeyd edilən yolayrıcı işıqfor vasitəsilə nizamlanacaq. Bununla əlaqədar, kəsişmədə işıqfor obyekti quraşdırılıb. Digər zəruri işlər yekunlaşdıqdan sonra işıqforlar işə salınacaq.
Dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırmasına səbəb olacaq. Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün əlverişli şərait təmin olunacaq.