Pedaqoji Universitetdə “Fizika günü” keçirilib














Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Fizika fakültəsinin təşkilatçılığı ilə “Fizika günü’’ adlı tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin sərgi hissəsində fizika müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin hazırladıqları cihazlar, STEAM robotları, müxtəlif materiallardan dizayn edilmiş modellər, texnologiya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin hazırladıqları əl işləri, müxtəlif materiallardan dizayn edilmiş modellər, kulinariya məhsulları nümayiş etdirilib.
Tədbirin bədii hissəsində tələbələrin ifasında rəqs kompozisiyaları, əyləncəli səhnəciklər nümayiş olunub.