Pediatriya İnstitutunun əməkdaşları Türkiyə Milli Pediatriya Konqresində iştirak edib
Bakı, 18 oktyabr, AZƏRTAC
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) baş həkimi Azər Əhmədov və həkim əməkdaşları Şimali Kipr Türk Cümhuriyyətində keçirilən 66-cı Türkiyə Milli Pediatriya Konqresində iştirak ediblər.
AZƏRTAC ETPİ-ə istinadla bildirir ki, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti, Türkiyənin səhiyyə nazirinin də iştirak etdiyi konqresdə uşaq sağlamlığı və xəstəlikləri, COVID-19 pandemiyası, onun problemləri ilə bağlı klinikada əks olunan yeniliklər müzakirə edilib.
Konqresdə öz sahələrinin peşəkarı olan mütəxəssislər bilik və təcrübələrini konqres iştirakçıları ilə bölüşüblər.