Pentaqon 2012-ci ildə ABŞ Silahlı Qüvvələrində intihar halları barədə hesabatı açıqlamışdır
Vaşinqton, Pentaqon, 26 aprel (AZƏRTAC). Aprelin 25-də ABŞ Müdafiə Nazirliyində keçirilən brifinqdə Pentaqonun mətbuatla iş üzrə şöbəsinin direktoru, polkovnik Stiv Uoren 2012-ci ildə ABŞ Silahlı Qüvvələrində intihar halları haqqında illik Hesabatın detallarını və 2013-cü il üçün ilkin məlumatları açıqlamışdır.
Şöbə müdirinin məlumatına görə, 2012-ci ildə hərbi heyətdən 522 adam intihar etmişdir. Onların 319 nəfəri ABŞ Silahlı Qüvvələrində həqiqi xidmətdə, 203 nəfəri ehtiyatda olmuşdur. 2013-cü ildə həqiqi xidmətdə olan hərbi qulluqçular arasında intihar edənlərin sayı 261 nəfər azalsa da, ehtiyatda olanlar arasında artaraq 213 nəfərə çatmışdır. İntihar edənlərin çoxu ağ irqin nümayəndələri, 17-24 yaşlarında evli, yaxud orta məktəbi yenicə bitirmiş kişilərdir. Polkovnik Uorenin məruzəsinə görə, intihar etmiş hərbi qulluqçuların 42,1 faizi travmadan sonrakı dövrdə stress pozğunluğu, 34 faizi uğursuz intim münasibətlər, 32 faizi maliyyə problemləri səbəbindən həyatlarına son qoymuşlar. O, həmçinin bildirmişdir ki, Pentaqon ABŞ Silahlı Qüvvələrində intihar problemlərinin və onların həlli metodlarının aşkara çıxarılması üçün proqramlar həyata keçirir, araşdırmalar aparır.
Sonra polkovnik Stiv Uoren jurnalistlərin müdafiə naziri Çak Heyqlin Meksikaya və Qvatemalaya səfərinə və Ukraynada vəziyyətin pisləşməsinə dair suallarına cavab verərək demişdir ki, Pentaqonun Rusiyanın müdafiə nazirinə ünvanlandığı məktubunda Ç.Heyqlin vəziyyəti Sergey Şoyqu ilə müzakirə etməyə hazır olduğu bildirilmişdir. Lakin Moskvadan cavab hələ gəlməmişdir.
Yusif Babanlı
AZƏRTAC -ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]