Polşada dəmir yolu xəttində partlayış törədilib
Berlin, 17 noyabr, AZƏRTAC
Polşada Varşava və Lublin şəhərləri arasındakı dəmir yolu xəttində partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, partlayıcı qurğunun işə düşməsi nəticəsində relslər sıradan çıxıb. Polşanın Baş naziri Donald Tusk vəziyyətlə tanış olmaq üçün hadisə yerinə gəlib.
Hökumət təxribat aktının bilavasitə qatarı hədəfə aldığını açıqlayıb. Baş nazir X platformasındakı açıqlamasında bu barədə bildirib: “Varşava–Lublin marşrutunda dəmir yolu xəttinin partladılması Polşa dövlətinin və mülki əhalinin təhlükəsizliyini birbaşa hədəfə alan dəhşətli diversiya aktıdır. Bu marşrut həm də Ukraynaya yardımların çatdırılması baxımından həyati əhəmiyyət daşıyır. Günahkarlar kim olursa-olsun müəyyən ediləcəklər”.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Baş nazir dəmir yolunun başqa bir hissəsində - Lublin istiqamətində ikinci bir zədələnmənin də aşkarlandığını qeyd edib. Hadisənin səbəbləri ilə bağlı prokurorluq və xüsusi xidmət orqanları tərəfindən əməliyyat aparılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]