POLŞADA PREZİDENT SEÇKİLƏRİ BU GÜN KEÇİRİLSƏYDİ KİM QALİB GƏLƏRDİ?
Sorğunun nəticələrinə görə, İ.Kvasnevskaya Polşa Prezidenti vəzifəsinə potensial namizədlər arasında şübhəsiz liderdir və sorğu iştirakçılarının 53 faizi ona səs vermişdir. Bu isə onu göstərir ki, prezident seçkiləri indi keçirilsəydi, Kvasnevskaya qələbə qazanardı. Belə ki, sonrakı iki yeri tutan “Özünümüdafiə” parlament birliyinin lideri Ancey Lepper 14 faiz, Vətəndaş Platforması Partiyasının rəhbəri Donald Tusk isə cəmi 9 faiz səs toplamışlar.
AZƏRTAC-ın xəbər verdiyi kimi, sentyabrda “Politika” həftəlik jurnalı prezident vəzifəsinə mümkün namizədlərin reytinq cədvəlini dərc etmişdi. Onda da birinci yerə xanım Kvasnevskaya çıxmışdı.
Xatırladaq ki, Polşada prezident seçkiləri 2005-ci ildə keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]