“Portlend Treyl Bleyzers” Karmelo Entoni ilə müqaviləni yeniləyib
Bakı, 24 noyabr, AZƏRTAC
“Portlend Treyl Bleyzers” klubu forvardı Karmelo Entoni ilə yeni müqavilə imzalayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bundan əvvəl tərəflərin birillik müqavilə barədə razılığa gəldikləri bildirilmişdi. Qeyd edək ki, 36 yaşlı basketbolçunun “Treyl Bleyzers”lə müqavilə müddəti başa çatsa da, o klubu tərk etməmək qərarına gəlib. Onun bu addım atmasına səbəb isə “Portlend”ə təşəkkür etmək istəyi olub. Belə ki, bir müddət klubsuz qalan K.Entoniyə məhz Oreqon klubu təklif göndərərək ona oynamağa imkan yaradıb.
Xatırladaq ki, Entoni karyerası ərzində “Denver”, “Nyu-York”, “Oklahoma Siti” və “Hyuston”un heyətində çıxış edib. O, Amerika millisinin heyətində 3 dəfə Olimpiya çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]