Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin dövlət səfəri regional iqtisadi əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyır ŞƏRH

Prezident İlham Əliyevin dövlət səfəri regional iqtisadi əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyır  ŞƏRH

Bakı, 23 avqust, AZƏRTAC

Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlər son illərdə nəzərəçarpacaq dinamika nümayiş etdirir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 2024-cü illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatması bu dinamikanın mühüm göstəricilərindəndir. 2026-cı ilin yanvar-may aylarında isə qarşılıqlı ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon ABŞ dolları təşkil edib.

Bunu AZƏRTAC-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin (TDAM) rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru İlyas Hüseynov deyib.

“Həmin göstəricilər iki ölkənin iqtisadi potensialının tam həcmdə reallaşdırılması üçün hələ böyük imkanların mövcud olduğunu göstərir. Məhz buna görə də Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması strateji iqtisadi hədəf kimi qarşıya qoyulub. Hesab edirəm ki, hazırkı artım dinamikası və biznes dairələri arasında formalaşan əlaqələr bu hədəfin real və əlçatan olduğunu göstərir”, – deyə İ.Hüseynov bildirib.

Ekspert qeyd edib ki, iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən biri qarşılıqlı investisiyaların artırılması və sənaye kooperasiyasının genişləndirilməsidir. 2023-cü ildə yaradılmış Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti bu baxımdan mühüm institusional mexanizmə çevrilib. Şirkətin fəaliyyəti hər iki ölkədə müxtəlif sahələr üzrə perspektivli investisiya layihələrinin maliyyələşdirilməsi və həyata keçirilməsi üçün yeni imkanlar yaradır.

“Azərbaycan və Özbəkistan artıq yalnız hazır məhsulların ticarəti ilə kifayətlənməməli, birgə istehsal, texnologiya transferi, əlavə dəyər zəncirlərinin yaradılması və üçüncü ölkələrin bazarlarına birgə çıxış istiqamətində fəaliyyətlərini genişləndirməlidirlər. Bu baxımdan avtomobil sənayesində mövcud əməkdaşlıq mühüm nümunədir.

Azərbaycan–Özbəkistan əməkdaşlığı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün platformaya çevrilə bilər. Ələt Azad İqtisadi Zonası, Azərbaycanın liman infrastrukturu, dəmir yolları və multimodal nəqliyyat imkanları Özbəkistan şirkətlərinin Qərb bazarlarına çıxışını asanlaşdıra, öz növbəsində Özbəkistanın sənaye və istehsal imkanları Azərbaycanın Mərkəzi Asiya bazarlarında mövqelərinin güclənməsinə xidmət edə bilər”, – deyə TDAM rəhbəri vurğulayıb.

İ.Hüseynov enerji sahəsində əməkdaşlığın da strateji xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə əməkdaşlıq yalnız enerji təhlükəsizliyi baxımından deyil, həm də Türk dünyasında yeni enerji bağlantılarının formalaşdırılması baxımından əhəmiyyətlidir.

“Azərbaycanın bərpaolunan enerji potensialı, Özbəkistanın enerji sistemində aparılan transformasiya və Mərkəzi Asiya ölkələrinin artan enerji tələbatı arasında sinerji yaratmaq mümkündür. Yaşıl enerjinin istehsalı və ötürülməsi üzrə regional layihələr gələcəkdə iqtisadi əməkdaşlığın yeni və yüksək texnologiyalı istiqamətlərindən birinə çevrilə bilər”, – deyə o qeyd edib.

Ekspert regionlararası əməkdaşlığın iqtisadi əlaqələrin dərinləşdirilməsində rolunu da xüsusi qeyd edib. Onun sözlərinə görə, Azərbaycan–Özbəkistan Regionlararası Forumunun artıq dördüncü dəfə keçirilməsi və müxtəlif şəhər və rayonların prosesə cəlb olunması əməkdaşlığın yalnız mərkəzi hökumətlər səviyyəsində deyil, regionlar və biznes subyektləri arasında da genişləndiyini göstərir.

O vurğulayıb ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində iqtisadi gündəliyin genişliyi iki ölkə arasında münasibətlərin artıq strateji tərəfdaşlıq və müttəfiqlik çərçivəsindən daha dərin iqtisadi inteqrasiya mərhələsinə keçdiyini göstərir.

Mərkəz rəhbərinin fikrincə, Azərbaycan–Özbəkistan iqtisadi tərəfdaşlığının inkişafı yalnız iki ölkənin iqtisadiyyatları üçün deyil, bütövlükdə Türk dünyasının iqtisadi inteqrasiyası üçün də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Özbəkistanın iqtisadi potensiallarının daha sıx birləşdirilməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni iqtisadi bağlantıların yaranmasına, Orta Dəhlizin səmərəliliyinin yüksəldilməsinə və Türk dövlətləri arasında ticarət və investisiya əlaqələrinin genişlənməsinə xidmət edə bilər. Bu baxımdan, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri geniş regional iqtisadi əməkdaşlıq baxımından da strateji əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın və İranın xarici işlər nazirləri arşında telefon danışığı olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüraliyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ