Prezident Rəcəb Tayyib Ərdoğan: Bu xəyanət cavabsız qalmayacaq VİDEO
İstanbul, 16 iyul, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Atatürk hava limanında açıqlama verir.
Prezident bildirib ki, bu qiyam nəticəsində Türkiyə Silahlı Qüvvələri tərkibində xalqın birliyini və həmrəyliyini qəbul edə bilməyən bir qrup Vətənə xəyanət edib. Onlar bu xəyanətin cavabını verəcəklər. Onların xalqın səsi ilə hakimiyyətə gələn hökumətə, Prezidentə qarşı çıxmaları heç bir nəticə verməyəcək.
Dövlət başçısı deyib ki, bu xəyanət Türkiyə Silahlı Qüvvələrinin tərkibinin təmizlənməsi zərurətini ortaya qoydu. Onlar nə edirlərsə etsinlər, Türkiyə artıq əvvəlki dövlət deyil.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul