® Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib
İyunun 17-də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavinləri İsmayıl Əfəndiyev, Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim Bəxtiyar Musayev, rəis müavini Nahidə Mahmudova, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva və əməkdaşlar Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Fəxri xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Onlar dahi şəxsiyyətin məzarı önünə tər çiçəklər düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla anaraq, məzarı üzərinə gül dəstələri qoyub.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də məzarları üzərinə gül dəstələri düzülüb.