Aİ ukraynalı qaçqınların qəbulu qaydalarına dəyişiklik etməyi nəzərdən keçirir
Avropa Komissiyası Ukraynadan olan qaçqınlar üçün tətbiq edilən müvəqqəti müdafiə mexanizminin müddətinin uzadılmasını, eyni zamanda, onun əhatə dairəsinin məhdudlaşdırılmasını nəzərdən keçirir.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropa İttifaqının qarşıdakı Sammiti ərəfəsində üzv dövlətlərin liderlərinə ünvanladığı məktubda Komissiyanın Rusiya-Ukrayna müharibəsindən qaçan şəxslər üçün qüvvədə olan müvəqqəti müdafiə rejiminin uzadılmasını təklif edəcək. Bununla yanaşı, mexanizmin əhatə dairəsinin Ukraynanın özünümüdafiə imkanlarına mənfi təsir göstərməyəcək şəkildə yenidən müəyyənləşdirilməsi planlaşdırılır.
Aİ ölkələrinin daxili işlər nazirlərinin iyunun əvvəlində keçirilən görüşündə bir sıra üzv dövlətlər, o cümlədən Almaniya hərbi xidmətə yararlı ukraynalı kişilərin sadələşdirilmiş qəbul qaydalarından kənarda saxlanılması təşəbbüsünü dəstəkləyiblər. Müzakirələrdə 23-60 yaşlı şəxslərin mövcud müdafiə mexanizminin əhatə dairəsindən çıxarılması təklifi də irəli sürülüb.
Hazırda Ukraynadan olan qaçqınlar Aİ-nin Kütləvi Axın Direktivi əsasında müdafiə statusu alırlar. Bu rejimin müddəti 2027-ci il martın 4-dək qüvvədədir. İndiyədək 4,3 milyondan çox Ukrayna vətəndaşı həmin statusdan yararlanıb.
Elvin Mövsüm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [16:35]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [13:27]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [08:37]
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
- 08.08.2026 [08:21]
Böyük Britaniyada enerji borcları rekord həddə çatıb
- 08.08.2026 [06:06]
Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]