Prezident İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır VİDEO
Bakı, 18 iyun, AZƏRTAC
İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır, lakin biz birmənalı olaraq səylərimizi davam etdirməliyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında söyləyib.
“Xarici borcumuza gəldikdə, biz müəyyən işlər görmüşük. Son illər ərzində nailiyyətlər var və bu gün planlarımız daha genişdir”, - deyə dövlətimizin başçısı qeyd edib.