Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk professor: Azərbaycan Türk dünyasının yeni geoiqtisadi mərkəzlərindən birinə çevrilir

Türk professor: Azərbaycan Türk dünyasının yeni geoiqtisadi mərkəzlərindən birinə çevrilir

Bakı, 17 iyun, AZƏRTAC

Türkiyə ilə Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyannaməsinin imzalanmasının 5-ci ildönümü münasibətilə Şuşada keçirilən “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” beynəlxalq konfransının iştirakçılarına Prezident İlham Əliyevin ünvanladığı müraciət təkcə Azərbaycanın son illərdə əldə etdiyi uğurların xülasəsi deyil, eyni zamanda, Cənubi Qafqazın yeni geosiyasi arxitekturasına dair strateji baxış sənədi kimi qiymətləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Uludağ Universitetinin professoru, iqtisadçı və Türk dünyası üzrə mütəxəssis Mehmet Yüce bildirib.

Onun sözlərinə görə, müraciətdə əsas məqam ondan ibarətdir ki, region artıq münaqişə və işğal əsaslı təhlükəsizlik yanaşmasından uzaqlaşaraq iqtisadi inteqrasiya və çoxtərəfli əməkdaşlıq üzərində qurulan yeni mərhələyə qədəm qoyur.

“Bu gün Azərbaycanı regionun mühüm təhlükəsizlik, logistika və əməkdaşlıq mərkəzinə çevirən bir neçə əsas amil mövcuddur. Birinci amil Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etməsidir. 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra yaranmış yeni vəziyyət təxminən otuz il ərzində həllini tapmayan münaqişəyə son qoyub. Bununla da Cənubi Qafqazda uzun illər davam edən geosiyasi qeyri-müəyyənlik böyük ölçüdə həll olunub və regional layihələrin qarşısındakı ən mühüm maneələrdən biri aradan götürülüb.

İkinci mühüm amil Azərbaycanın geostrateji mövqeyini geoiqtisadi üstünlüyə çevirməsidir. Bu gün Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat və ticarət dəhlizlərinin mərkəzində yerləşir. Xüsusilə Orta Dəhlizin inkişafı fonunda Azərbaycan Çindən Avropaya uzanan təchizat zəncirinin əvəzolunmaz halqalarından birinə çevrilib. Bu səbəbdən Bakı təkcə enerji mərkəzi deyil, həm də Avrasiyanın aparıcı logistika mərkəzlərindən biri kimi ön plana çıxır.

Üçüncü mühüm istiqamət Zəngəzur dəhlizidir. Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi bu layihə yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xətti deyil. Eyni zamanda, Türkiyədən başlayaraq Azərbaycan, Mərkəzi Asiya və Çinə qədər uzanan fasiləsiz quru bağlantısının formalaşmasına xidmət edəcək. Bu baxımdan Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyəti regional sərhədləri xeyli aşır. Dəhlizin istifadəyə verilməsi Orta Dəhlizin səmərəliliyini artırmaqla Avrasiya ticarət xəritəsinin yenidən formalaşmasına mühüm təsir göstərə bilər”, - deyə professor vurğulayıb.

O bildirib ki, Azərbaycan neft və təbii qaz ehtiyatları hesabına Avropanın enerji təhlükəsizliyində kritik aktora çevrilib. Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri vasitəsilə Azərbaycan enerji diplomatiyasını xarici siyasətin və regional sabitliyin mühüm aləti kimi uğurla tətbiq edir. Bu isə ölkəyə təkcə iqtisadi deyil, həm də ciddi strateji çəkidə üstünlük qazandırır. Prezident İlham Əliyevin “Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir” fikri də bütün bu proseslərlə birbaşa bağlıdır. Bu gün Türk Dövlətləri Təşkilatı artıq yalnız ortaq tarix və mədəniyyətə əsaslanan platforma deyil, iqtisadiyyat, nəqliyyat, enerji, müdafiə və rəqəmsal əməkdaşlıq sahələrində institusionallaşan beynəlxalq əməkdaşlıq mexanizminə çevrilməkdədir.

Bu prosesdə Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi körpü rolunu oynayır. Bakı üzərindən keçən enerji kəmərləri, dəmir yolları, limanlar və rəqəmsal bağlantı layihələri Türk dünyasının iqtisadi inteqrasiyasını sürətləndirir. Xüsusilə Türkiyə, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında inkişaf edən nəqliyyat və ticarət şəbəkələri Türk dünyasının qlobal iqtisadi sistemdəki mövqeyini daha da gücləndirir.

“Daha geniş prizmadan yanaşdıqda XXI əsrin geosiyasi reallıqları XX əsrdən ciddi şəkildə fərqlənir. Əgər ötən əsrin geosiyasəti əsasən hərbi bloklar və təhlükəsizlik konsepsiyaları üzərində qurulurdusa, bu gün ticarət dəhlizləri, enerji marşrutları, logistika mərkəzləri və rəqəmsal bağlantılar əsas müəyyənedici amillərə çevrilib. Azərbaycan isə məhz bu yeni geosiyasi transformasiyanın mərkəzində yerləşir”, - deyə Mehmet Yüce vurğulayıb.

O, sonda qeyd edib ki, Prezident İlham Əliyevin Şuşa konfransına ünvanladığı müraciət yalnız Azərbaycanın regional liderlik iddiasının ifadəsi kimi qiymətləndirilməməlidir. Bu mesaj, eyni zamanda, Azərbaycanın Türk dünyasının Avrasiyada yüksələn geoiqtisadi və geosiyasi güc mərkəzinə çevrilməsi prosesində oynadığı strateji rolu ortaya qoyur. Əgər Orta Dəhliz, Zəngəzur dəhlizi və türk dövlətləri arasında iqtisadi inteqrasiya layihələri uğurla başa çatdırılarsa, Türk dünyası yaxın onilliklərdə Avropa ilə Asiya arasında, sadəcə, strateji körpü olmaqla kifayətlənməyəcək, həm də qlobal güc balansına təsir göstərən yeni geosiyasi mərkəzə çevriləcək.

Müxbir- Səbinə Əlizadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO