PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
Sarayın həyətindəki rəsmi qarşılanma mərasimlərinin keçirildiyi və hər iki ölkənin dövlət bayraqlarının asıldığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev Bolqarıstan Prezidenti Georgi Pırvanovu böyük hörmət və səmimiyyətlə qarşıladı. Dövlətimizin başçısı Bolqarıstan Prezidentinin xanımına gül dəstəsi təqdim etdi.
Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verdi.
Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Prezidentlər İlham Əliyev və Georgi Pırvanov fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Bolqarıstan Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Bolqarıstan Prezidenti Georgi Pırvanova, Bolqarıstan nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olundu.