ELM VƏ TƏHSİL
PREZİDENT TƏQAÜDÇÜLƏRİ İLƏ GÖRÜŞ
Professor-müəllim heyətinin və ictimai təşkilatların nümayəndələrinin, tələbələrin, valideynlərin iştirak etdikləri tədbiri universitetin rektoru, MEA-nın müxbir üzvü Abel Məhərrəmov açaraq, ölkəmizdə təhsilin və idmanın inkişafına dövlət qayğısından, təhsil sistemində həyata keçirilən islahatların uğurlu nəticələrindən danışmışdır.
Bu il universitetə qəbul edilən gənclərin bir qrupunun ən yüksək bal topladığını xatırladan rektor onlardan 14-nün Prezident təqaüdünə layiq görüldüyünü və gənc şahmatçı Teymur Rəcəbovun da BDU-nun tələbəsi olduğunu bildirmişdir.
Sonra Prezident təqaüdünə layiq görülən tələbələrə fəxri fərman, hədiyyə və təqaüd pulu verilmişdir.
Tədbirdə çıxış edən digər natiqlər də tələbə gənclərə göstərilən dövlət qayğısından danışmış, ölkə Prezidentinə minnətdarlıqlarını ifadə etmişlər.
Görüşdən sonra gənc şahmatçı Teymur Rəcəbov universitetin müəllim və tələbələri ilə şahmat seansı keçirmişdir.