CƏMİYYƏT
#prokurorluqdanizah həştəqi altında növbəti videoçarxda yaxın qohumlarla bağlı suallara aydınlıq gətirilib VİDEO
Bakı, 13 iyul, AZƏRTAC
Prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaş yönümlü və onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğunun və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.
Növbəti videoçarxda Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Əbdülsəməd Əzizli prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı “Şəxs özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilərmi?”, “Yaxın qohumlar dedikdə kimlər nəzərdə tutulur?” suallarını cavablandırıb.
Təqdim olunmuş videoçarxı Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrindən və veb-saytından da izləmək mümkündür.