“QADIN ƏLEYHİNƏ ZORAKILIĞIN DAYANDIRILMASI” DEVİZİ ALTINDA TƏDBİR KEÇİRİLMİŞDİR
Komitə sədrinin müavini Sədaqət Qəhrəmanova bildirmişdir ki, layihə çərçivəsində Qəbələ, İsmayıllı, Bərdə rayonlarında və Gəncə şəhərində maarifləndirici seminarlar keçirilmiş, zorakılıq barədə vətəndaşlara məlumatlar verilmişdir. O, zorakılıqlar, erkən nikahlar və insan alverinin cəmiyyətdə törətdiyi böyük bəlalardan danışaraq qadınların və uşaqların zorakılığa daha çox məruz qaldığını söyləmişdir.
Komitənin regionlara səfər etmiş nümayəndəsi, layihənin əlaqələndiricisi Vəsilə Möhsümova, Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, tibb elmləri doktoru, professor Nailə Məmmədova, həkim-psixoloq, tədqiqatçı Canpolad İmanov və QMKGT-nin sədri Vüqar Qədirov çıxış edərək, regionlarda baş verən zorakılıq hallarının qarşısının alınması üçün ardıcıl tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışlar.
Noyabrın 25-nə qədər davam edəcək layihə cərçivəsində Komitə tərəfindən İctimai Televiziyada zorakılıqla bağlı diskussiyanın və yekun konfransının keçirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]