İDMAN
Qadın voleybolçular arasında Azərbaycan Kubokunun qalibi müəyyənləşib
Bakı, 4 noyabr, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan qadın voleybolçular arasında Azərbaycan Kubokunun qalibi bəlli olub.
AZƏRTAC xəbər verir ki, finalda "Gəncə" və “Abşeron” komandaları qarşılaşıblar. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan görüş “Abşeron"un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da komanda ölkə kubokunun qızıl medallarına sahib çıxıb.
Kişilərin mübarizəsində isə "Xilasedici" "Azərreyl"ə 3:0 hesabı ilə qalib gələrək kuboka yiyələnib.