Qadın voleybolçulardan ibarət Azərbaycan millisi “Bakı-2017”yə Sloveniyada hazırlaşır
Bakı, 18 aprel, AZƏRTAC
Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, millimiz İran yığması ilə qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunda millimiz 3:0 hesablı qələbə qazanıb.
Təlim-məşq toplanışı mayın 12-22-də Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq xarakteri daşıyır.