QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ ŞEYXÜLİSLAM HACI ALLAHŞÜKÜR PAŞAZADƏNİN İQAMƏTGAHINDA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Qafqaz Müsəlmanları İdarəsinin sədri son illər Azərbaycanda cərəyan edən proseslər, ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda əldə olunan nailiyyətlər haqqında qısa məlumat vermiş, dost ölkələrimiz arasında hərtərəfli əlaqələrin genişləndirilməsində belə səfərlərin və görüşlərin əhəmiyyətini vurğulamışdır.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan hacı Allahşükür Paşazadə bildirmişdir ki, Azərbaycan ordusu Prezident, Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əzəli torpaqlarını erməni qəsbkarlardan azad etməyə hazırdır. Ancaq Azərbaycan münaqişənin sülh yolu ilə həll edilməsini istəyir.
Nümayəndə heyətinin başçısı Əli bin əs-Seyyid Əbdürrəhman əl-Haşim Azərbaycan kimi qədim bir diyara gəldiklərindən məmnunluğunu, qonaqpərvərliklə qarşılandıqları üçün təşəkkürünü bildirmişdir. Qonaq Dağlıq Qarabağ münaqişəsinin xalqımız üçün nə qədər ağrılı problem olduğunu başa düşdüyünü söyləmiş və Azərbaycan tərəfindən problemin həlli istiqamətində atılan addımların ölkəsində dəstəkləndiyini qeyd etmişdir.
Görüşün sonunda hacı Allahşükür Paşazadə qonaqlara xatirə hədiyyələri təqdim etmişdir.
Şeyxülislam qonaqların şərəfinə şam yeməyi vermişdir.