DÜNYA
Qahirədə törədilən partlayış nəticəsində 3 nəfər ölüb
Qahirə, 19 fevral, AZƏRTAC
Qahirənin mərkəzində yerləşən Əl-Gamaliyya rayonunda terrorçu-kamikadze özünü partladıb.
AZƏRTAC Misirin Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən Qahirənin Əl-Gamaliyyə rayonunda təqib edilən terrorçu saxlanılan zaman özünü partladıb. Partlayış nəticəsində terrorçunun özü və təhlükəsizlik qüvvələrinin iki əməkdaşı ölüb, daha 3 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyi ötən cümə günü Qiza meydanındakı "Əl-İstikama" məscidinin yaxınlığına partladıcı qurğunun məhz bu terrorçu tərəfindən yerləşdirildiyini təsdiqləyib.
Xatırladaq ki, fevralın 15-də təhlükəsizlik qüvvələri Qiza meydanındakı "Əl-İstikama" məscidinin yaxınlığına yerləşdirilən partladıcı qurğunu zərərsizləşdirməyə müvəffəq olmuşdu.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə