“Qalatasaray” “Monako”dan heyətinə cəlb etdiyi Radamel Falkao ilə müqavilə imzalayıb
Bakı, 3 sentyabr, AZƏRTAC
Türkiyənin “Qalatasaray” komandası Fransanın "Monako" klubundan heyətinə cəlb etdiyi Radamel Falkao ilə müqavilə imzalayıb.
AZƏRTAC İstanbul təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, otuz üç yaşlı hücumçu ilə üçillik müqavilə bağlanılıb. Onun maaşı hər mövsüm üçün beş milyon avro olacaq.
Qeyd edək ki, 2013-cü ildən “Monako”da çıxış edən Falkao “Portu”, “Atletiko Madrid”, “Mançester Yunayted” və “Çelsi” kimi klubların da formasını geyinib. O, ötən mövsüm “Monako”nun heyətində Fransa liqasında 15 qol vurub.
İstanbul klubu daha əvvəl İngiltərə “Sautqempton” komandasından Mario Lemina, “Brayton”dan Florin Andoneni transfer edib.