“Qalatasaray” Türkiyə Superliqasına məğlubiyyətlə başlayıb
Bakı, 17 avqust, AZƏRTAC
Avqustun 16-da futbol üzrə Türkiyə Superliqasının 2019-2020-ci illər mövsümünə start verilib.
AZƏRTAC xəbər verir ki, mövsümün açılış matçında son çempion “Qalatasaray” komandası Dənizli Atatürk Stadionunda debütant “Dənizlispor”un qonağı olub. 2009-2010-cu illər mövsümündə çempionatla vidalaşan “Dənizlispor” doqquz mövsüm fasilədən sonra Superliqaya dönüşünü möhtəşəm qələbə ilə qeyd edib.
Baş hakim Abdulkadir Bitiqenin idarə etdiyi oyunda meydan sahibləri Fatih Terimin yetirmələrini 2:0 hesabı ilə məğlubiyyətə uğradıblar. Oyunda qolları Niyaz və Rodalleqa vurublar. “Qalatasaray”ın heyətində Markao matçın 33-cü dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulub.
“Qalatasaray”ın baş məşqçisi Fatih Terimə Peşəkar Futbol İntizam Qurumu tərəfindən üç oyunluq cəza verildiyi üçün o, qarşılaşma zamanı komandaya rəhbərlik edə bilməyib.
Birinci turun oyunları dörd gündə keçiriləcək.
Bu gün “Beşiktaş” komandası “Sivasspor”, “Alanyaspor” klubu “Kayserispor”, “Rizəspor” isə “Gənclərbirliyi” səfərlərinə yollanacaq. Turun digər oyunları avqustun 18-də və 19-da keçiriləcək.
Qeyd edək ki, mayın 26-da yekunlaşan sonuncu mövsümdə ardıcıl olaraq 2-ci, tarixində 22-ci çempionluğunu rəsmiləşdirən “Qalatasaray” Superliqanı 69 xalla lider kimi başa vurmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [14:49]
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
- 10.05.2026 [13:36]
Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
- 10.05.2026 [07:00]
“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı start götürür
- 10.05.2026 [06:34]
Premyer Liqa: "Turan Tovuz" və "Neftçi"nin ev sınağı
- 10.05.2026 [04:28]
Mahir Emreli baş məşqçiyə görə Almaniya klubundan ayrılır
- 10.05.2026 [02:59]
Lionel Messi MLS-in tarixinə düşüb
- 10.05.2026 [00:44]
“Qalatasaray” 26-cı dəfə Türkiyə çempionu olub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Livan: İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 2795-ə çatıb
- 09.05.2026 [22:59]
Putin Ermənistanın Avropanı seçəcəyi təqdirdə “sivil ayrılmağı” təklif edib
- 09.05.2026 [22:58]
NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb
- 09.05.2026 [22:25]
Premyer Liqa: "Sumqayıt" "Araz-Naxçıvan"a qalib gəlib
- 09.05.2026 [22:02]
Milli yaddaşın izi ilə: Aşıq Ələsgər irsi ilə bağlı layihəyə başlanılıb
- 09.05.2026 [21:59]