QARA DƏNİZ VƏ XƏZƏR DƏNİZİ SAHİBKARLAR KONFEDERASİYALARI BİRLİYİ YARADILIR
Albaniya, Bosniya-Herseqovina, Bolqarıstan, Gürcüstan, İran, Yunanıstan, Qazaxıstan, Makedoniya, Rumıniya, Serbiya və Türkiyə təmsilçilərinin qatıldğı tədbirdə ölkəmizi Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) təmsil etmişdir.
Türkiyə Sənayeçilər və İş Adamları Assosiasiyasının (TUSİAD) prezidenti Ömər Sabançı iki il müddətinə UBCCE-nin prezidenti seçilmişdir. Bundan əlavə, regional iqtisadi inteqrasiya üzrə, Avropa İttifaqı, Avropa Sənaye və İşəgötürənlər Konfederasiyaları Birliyi ilə əlaqələr üzrə, biznes mühitinin inkişafı üzrə, sahibkarlarla əlaqələr və innovasiya məsələləri üzrə vitse-prezidentlər, habelə qurumun audit komitəsinin üzvləri seçilmişlər. Tədbirdə birliyin nizamnaməsi, 2007-ci il üçün büdcəsi və fəaliyyət planı təsdiq edilmişdir.
Xorvatiya, Moldova və Çernoqoriyanın müvafiq təşkilatları təsis yığıncağına məktub göndərərək UBCCE-nin yaradılmasını dəstəklədiklərini və gələcəkdə bu təşkilata üzv olmaq niyyətində olduqlarını bildirmişlər.
ATİB-in təşəbbüsü ilə yaradılan birliyə gələcəkdə 20-dən çox ölkənin, o cümlədən Rusiya, Ukrayna, Türkmənistan və Özbəkistanın da üzv olacağı gözlənilir.
QXSKB iqtisadi məkanında 459.2 milyon əhalini (dünya əhalisinin 7.1 faizini) əhatə edir. Regiona 2005-ci ildə 50 milyard dollar həcmində birbaşa sərmayə qoyulmuşdur ki, bu da dünya birbaşa sərmayə axınının 5,4 faizidir.
Yaxın gələcəkdə qarşıda duran vəzifə QXSKB-nin beynəlxalq qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlamasını təmin etməkdir.