Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qara Yanvar: tarixin qanlı dərsləri

Qara Yanvar: tarixin qanlı dərsləri

Bakı, 19 yanvar (AZƏRTAC). Hər il yanvarın 20-də bütün dünya azərbaycanlıları ümumxalq hüzn gününü qeyd edir. 1990-cı ilin yanvar ayında Bakıda baş vermiş qanlı hadisələr təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı, humanizmə və şəxsiyyətin azadlığına qarşı törədilmiş cinayətdir. Yenidənqurma dövründə totalitar kommunist rejimi Alma-Atada, Tbilisidə, Düşənbədə, Vilnüsdə və Riqada buna oxşar vandalizm və soyqırımı aktları törətmişdi. Mən hər dəfə bu mövzuya qayıdarkən öz qarşımda həmin cinayətləri qlobal mənada təhqiq etmək məqsədi qoymuram, amma hər halda həmin cinayətləri xatırlatmağı, onların səbəblərini, nəticələrini, təşkilatçıların və əsas icraçıların adlarını xatırlatmağı özümə vətəndaşlıq borcu hesab edirəm. Bu, gələcəkdə belə cinayətlərin qarşısını almaq üçün xəbərdarlıq rolu oynamalıdır. 

Bakıda Qanlı Yanvar hadisələrinin səbəblərini bu günün prizmasından araşdırdıqda artıq şübhə yeri qalmır ki, bu, SSRİ hökuməti və Mixail Qorbaçov başda olmaqla Sov.İKP MK tərəfindən qabaqcadan düşünülmüş, hərtərəfli işlənib hazırlanmış, Azərbaycan xalqının azadlıq və müstəqillik əzmini qırmağa yönəlmiş cinayətkar aksiya idi. Faciə Qarabağ böhranı fonunda baş vermişdi. Kremldəki rəhbərlik Dağlıq Qarabağ münaqişəsini hüquqi yollarla həll etməyə çalışmırdı, mərkəzin siyasəti qeyri-obyektiv və qərəzli idi. Vəziyyəti mürəkkəbləşdirən bir məqam da ondan ibarət idi ki, respublika üçün böhranlı bir vaxtda Azərbaycanın o vaxtkı rəhbərliyi tam acizlik nümayiş etdirir, yalnız Moskvanın göstərişi və ssenarisi üzrə hərəkət edirdi. Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 1988-ci ilin mart ayında qəbul etdiyi qərar isə nəinki bu problemi həll etməmiş, hətta Dağlıq Qarabağın Azərbaycan SSR-dən qoparılması üçün sosial-iqtisadi zəmin yaratmışdı. SSRİ rəhbərliyi öz respublikasının ərazi bütövlüyünü müdafiə etmək üçün ayağa qalxmağa, ədalətsiz milli siyasətlə razılaşmadığını bildirməyə cəsarət etmiş xalqa amansızcasına divan tutdu. Kreml Bakı qırğınını həm Azərbaycan xalqının əzmini sındırmaq, həm də sovet cəza maşınının gücünü nümayiş etdirmək üçün törətmişdi. 1990-cı ilin yanvarında Bakıda baş vermiş hadisələr xalqa zidd xarakter daşıyırdı, SSRİ silahlı qüvvələri öz xalqını müdafiə etmək üçün deyil, həmin xalqa qarşı istifadə edilmişdi.

Zaman keçdikcə çox faktlar üzə çıxmışdır. Onlar göstərir ki, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və Baş Kəşfiyyat İdarəsinin hərəkətləri Azərbaycan Respublikasında vəziyyəti maksimum mürəkkəbləşdirməyə və sabitliyi pozmağa yönəlmişdi. Məsələn, Bakıda talanlarla nəticələnən təhrikçilik və təxribat aktları təşkil edilirdi. 1989-cu ilin axırlarından 1990-cı ilin yanvar hadisələrinə qədər Azərbaycan paytaxtına daxili qoşunların və sovet ordusu qüvvələrinin əlavə kontingenti, 1990-cı il yanvarın ortalarında isə 66 minə qədər əlavə əsgər və zabit göndərilmişdi. Onların arasında ehtiyatdan müvəqqəti xidmətə çağırılmış hərbi qulluqçular da vardı. Faciə ərəfəsində əhalinin tərksilah edilməsi bəhanəsi ilə milis əməkdaşlarının da silahları götürülmüşdü.

SSRİ Baş Prokurorluğu faciəli yanvar hadisələrini “isti izlərlə” təhqiq etmiş, lakin hərbi qulluqçuların hərəkətlərində “cinayət tərkibi aşkar edilməməsi” səbəbindən işə xitam verilmişdir. Keçmiş SSRİ prokurorluğu tərəfindən Bakıdan aparılmış yüz cildlik cinayət işinin altmış səkkiz cildi hələ də arxivlərdə toz basır, həmin cildlər öyrənilmək üçün əlyetərli deyildir, ona görə də bu işdə əli olmuş bütün şəxslərin təqsirinin dərəcəsini aşkar etmək mümkün deyildir.

Lakin bu gün artıq sübut edilmişdir ki, Bakıya silahlı qüvvə yeridilməsi və şəhərdə fövqəladə vəziyyət elan edilməsi SSRİ Konstitusiyasının 119-cu və Azərbaycan SSR Konstitusiyasının 71-ci maddəsinin, habelə “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın kobud şəkildə pozulmasıdır. Beləliklə, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Bakıda fövqəladə vəziyyət tətbiq edilməsi haqqında Qorbaçovun imzaladığı və SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş fərmana əsasən yanvarın 20-də saat 00-dan Bakıda fövqəladə vəziyyət rejimi tətbiq edilməyə başlanmışdı. SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndinə uyğun olaraq fövqəladə vəziyyət tətbiq edilməsi üçün bu məsələyə müttəfiq respublikanın Ali Sovetinin Rəyasət Heyəti tərəfindən baxılması zəruri şərtdir. Təbii ki, əslində belə olmamışdı. Azərbaycan rəhbərliyi fövqəladə vəziyyət tətbiq edilməsi barədə heç bir qərar qəbul etməmiş və belə bir qərar qəbul edilməsinə razılıq verməmişdi. Digər tərəfdən, respublikada televiziya mərkəzinin enerji bloku sıradan çıxarıldığına görə televiziya yayımları dayandırılmış və bunun nəticəsində bakılıların əksəriyyəti şəhərdə fövqəladə vəziyyət tətbiq edilməsini yalnız ertəsi gün səhər bilmişdi.

Daha bir mübahisəsiz fakt ondan ibarətdir ki, fövqəladə vəziyyət tətbiq edilərkən bəzi hərbi qulluqçular qeyri-insani hərəkətlərə yol vermiş, insanların əsas hüquqlarını pozmuşdu. Beynəlxalq Hərbi Tribunalın Nizamnaməsinə, Müharibə Qurbanlarının Müdafiəsi Haqqında 1949-cu il Cenevrə Konvensiyalarına və Azərbaycan Cinayət Məcəlləsinə müvafiq olaraq belə hərəkətlər hərbi cinayətlər kimi tövsif edilir. Hərbi qulluqçular faktiki olaraq insan hüquqlarına dair qüvvədə olan bütün beynəlxalq konvensiyaları, o cümlədən 1948-ci il Ümumdünya İnsan Haqları Bəyannaməsini, Mülki və Siyasi Hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktını, Fövqəladə Hallarda və Silahlı Münaqişələr dövründə Qadınların və Uşaqların Müdafiəsi haqqında 1974-cü il Bəyannaməsini, Uşaq Hüquqları barəsində 1989-cu il Konvensiyasını pozmuşdular.

Kremldəki rəhbərlik Bakıya sovet qoşunları yeridilməsini şəhərin erməni əhalisinin müdafiə edilməsi zərurəti ilə əsaslandırırdı. Mixail Qorbaçov demişdi ki, guya birinci olaraq Azərbaycan silahlıları SSRİ silahlı qüvvələrinin əsgərlərinə atəş açmışlar. Lakin müstəqil vəkillərin təşkilatları, o cümlədən “Şit” (“Sipər”) təşkilatı bu iş üzrə faktları öyrənərkən azərbaycanlılardan ibarət silahlı dəstələr aşkar etməmiş və bu qənaətə gəlmişdir ki, sovet ordusu öz vətəndaşlarına qarşı müharibə aparmışdır.

“Memorial” cəmiyyəti və “Helsinki qrupu” inandırıcı sübutlar əsasında göstərmişlər ki, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsi vətəndaş azadlıqlarının əsassız olaraq pozulmasına gətirib çıxarmış və sovet qoşunları əsassız olaraq güc metodlarından istifadə etmişlər. Əsgərlər insanlara yaxın məsafədən xüsusi qəddarlıqla atəş açır, tankları bilərəkdən içərisində insanlar olan minik avtomobillərinin üstünə sürür, xəstəxanalara atəş açır, tibbi-sanitar heyətin yaralılara yardım göstərməsinə mane olurdu. Kalaşnikov avtomatlarından dinc əhaliyə ağırlıq mərkəzi dəyişən güllələrlə atəş açılan insanın əziyyəti qat-qat artır, onun ölümü labüd olur.

Təəssüf ki, o vaxt respublika prokurorluğu törədilmiş cinayət faktları üzrə cinayət işi qaldırmamışdır. Milli Məclisin bu hadisələrə qiymət verilməsinə həsr edilmiş xüsusi sessiyasında bildirilmişdi ki, Sovet İttifaqının rəhbərliyi və şəxsən Mixail Qorbaçov Azərbaycan xalqına qarşı ağır cinayət törətmişdir. Sovet Azərbaycanının keçmiş rəhbərliyi, daha dəqiq desək, Əbdülrəhman Vəzirov, Ayaz Mütəllibov, Viktor Polyaniçko, Vaqif Hüseynov da təqsirkar hesab edilmişdi. Bu şəxslərin Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərə görə qanun qarşısında məsuliyyətə cəlb edilməsi məsələsi qoyulmuşdu.

İki il sonra, 1992-ci ildə Azərbaycan Baş Prokurorluğu SSRİ Baş Prokurorluğunun qərarını ləğv etmiş və o vaxt qüvvədə olan Cinayət Məcəlləsinin 94.4-cü və 94.6-cı (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə), 149-cu (əmlakın qəsdən məhv edilməsi) 168-ci (hakimiyyət həddini və vəzifə səlahiyyətlərini aşma) maddələri üzrə cinayət işi qaldırmışdı.

Daha iki il sonra istintaq başa çatdırılmış və Azərbaycan Baş Prokurorluğu 20 Yanvar faciəsinin təqsirkarlarını elan etmişdi. Bunlar Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdülrəhman Vəzirov, xarici kəşfiyyat idarəsinin direktoru Yevgeni Primakov, SSRİ prezidenti Mixail Qorbaçov, SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ DTK sədri Vladimir Kryuçkov və Azərbaycan SSR DTK sədri Vasif Hüseynovdur.

2003-cü ilin mart ayında Azərbaycan Prokurorluğunun xüsusilə ağır cinayətlər üzrə istintaq idarəsi sabiq SSRİ prezidenti Mixail Qorbaçova qarşı SSRİ Konstitusiyasının 119-cu və Azərbaycan SSR Konstitusiyasının 71-ci maddəsinin pozulmasına görə cinayət işi qaldırmışdır. Lakin bütün bunlara baxmayaraq, Yanvar faciəsində təqsirkar olan şəxslər hələ də layiqli cəzalarını almamışlar. Üstəlik, Yanvar faciəsinin göz qabağında olan dərsləri hələ də sona qədər dərk edilməmişdir.

Bu qanlı qırğın nəticəsində bir gecədə 147 nəfərin həyatına son qoyulmuş, 700-dən çox insan yaralanmış, 800-dən çox insan qanunsuz olaraq həbs edilmiş, yüzlərlə insan xəbərsiz itkin düşmüşdür. Təqsirkar vəzifəli şəxslərin heç biri istər o vaxt, istərsə də bu gün nə xalq qarşısında, nə də sovet cəmiyyətinin ədalət məhkəməsi qarşısında cavab verməmişdir. İdeoloji ziddiyyətlər, mənafe və mövqelərin bir-birinə uyğun gəlməməsi, ambisiyalar - bütün bunlar müasir cəmiyyətin ayrılmaz elementləridir, heç bir siyasi proses bunlarsız olmur. Lakin bu ziddiyyətlər zorakılıq yolu ilə həll edilməməlidir. Bunu başa düşməyən cəmiyyət xalqın mənafelərində əks olunan məşum səhvlərdən sığortalana bilməz.

Arif Quliyev

Hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin professoru, “Xalq Diplomatiyası İnstitutu”

İctimai Təşkilatının idarə heyətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın və İranın xarici işlər nazirləri arşında telefon danışığı olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüraliyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ