Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağ Dirçəliş Fondu kitabın 1,17 milyon manata başa gəlməsi barədə iddialara aydınlıq gətirib

Qarabağ Dirçəliş Fondu kitabın 1,17 milyon manata başa gəlməsi barədə iddialara aydınlıq gətirib

Bakı, 7 noyabr, AZƏRTAC

Bu ilin əvvəlindən Qarabağ Dirçəliş Fondu (QDF) bir sıra xarici ekspertlərlə birlikdə “Qarabağın səsi” adı altında hərtərəfli çoxkanallı kommunikasiya strategiyasının hazırlanması üzərində işə start verib.

QDF-dən AZƏRTAC-a bildiriblər ki, həmin strategiya Qarabağ həqiqətləri, irimiqyaslı bərpa layihələrinin gedişatı, eləcə də onların bütün regionun davamlı gələcəyinin qurulmasına təsiri haqqında məlumatların ölkə daxilində və xaricində təşviq olunmasına xidmət edəcək.

Bu işlərə Qarabağ Dirçəliş Fondunun Nizamnaməsinin 1.1-ci bəndinə uyğun olaraq başlanılıb (Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirmək).

Qeyd edək ki, bu kommunikasiya strategiyasının həyata keçirilməsi müstəsna olaraq Fondun investisiya fəaliyyətindən əldə etdiyi və 2022-ci ilin sonunda 34,454,187 AZN təşkil edən mənfəət hesabına həyata keçiriləcək (maliyyə göstəriciləri haqqında ətraflı məlumatı bu ünvanda yerləşən maliyyə hesabatlarından əldə etmək mümkündür). Fonda edilən ianələrdən istifadə bu işlərin həyata keçirilməsi üçün nəzərdə tutulmayıb.

Birinci mərhələsi 2023-2025-ci illəri əhatə edən “Qarabağın səsi” kommunikasiya strategiyasının ümumi məqsədlərini aşağıdakı kimi xarakterizə etmək olar:

1. Bərpa işlərinin gedişatı və nəticələri haqqında məlumatın həm ölkə daxilində, həm də xaricdə geniş auditoriyaya çatdırılması, habelə münaqişədən sonrakı ərazilərin dirçəldilməsi sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinin təbliği;

2. Şəffaf kommunikasiya fəaliyyəti ilə Azərbaycan ictimaiyyətinin geniş təbəqələrinin Qarabağın dirçəliş prosesinə dəstəyinin təmin edilməsi;

3. Azərbaycanın Cənubi Qafqazda davamlı sülhdə maraqlı olan ölkə kimi beynəlxalq müsbət imicinin gücləndirilməsi;

4. Yerli və xarici donorlar, investorlar və tərəfdaşlardan əlavə resursların cəlb edilməsi;

5. Ermənistan və digər dost olmayan qüvvələrin yaydığı dezinformasiyaya qarşı mübarizə;

6. Qarabağ Dirçəliş Fondunun müsbət imicinin təbliği.

Bu strategiyanın  əsas hədəf auditoriyası aşağıdakı kimi təsvir edilə bilər:

Daxili auditoriya:

• Rəsmi şəxslər;

• Rəy liderləri və ictimai xadimlər;

• Kommersiya strukturları və fərdi sahibkarlar;

• Media, jurnalistlər, tədqiqatçılar;

• Beynəlxalq təşkilatların və yerli QHT-lərin nümayəndəlikləri;

• Gənclər və tələbələr;

• Cəmiyyətin digər təbəqələri.

Xarici auditoriya:

• Beynəlxalq təşkilatlar və diplomatlar;

• Beynəlxalq korporasiyalar, QHT-lər, fondlar və xeyriyyə təşkilatları (potensial donorlar və investorlar);

• Regionu işıqlandıran media və jurnalistlər;

• Səyahət blogerləri və potensial turistlər;

• Münaqişədən sonrakı zonaların inkişafını öyrənən alim və tədqiqatçılar;

• Azərbaycan diasporu.

• Cəmiyyətin digər təbəqələri.

Kommunikasiya strategiyası çərçivəsində müxtəlif layihələrin, o cümlədən aşağıdakı təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır:

1. Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin gedişatına həsr olunmuş Revival.az universal kommunikasiya platformasının yaradılması (layihə hazırlanır);

2. Yerli və xarici mediada mütəmadi olaraq informasiya (PR) dəstəyi;

3. Qarabağın və Şərqi Zəngəzurun erməni işğalından azad edilməsinə, bərpa işlərinə, regionun gələcəyinə dair planlara və vizyona, Azərbaycanın bu sahədəki təcrübəsinə həsr olunmuş “Qarabağın Dirçəlişi: Faciədən Zəfərə” adlı “ağıllı” kitabın yaradılması;

4. “Birlikdə Qarabağ üçün!” şüarı altında telemarafonların keçirilməsi (layihə hazırlanır);

5. Sənədli filmlərin yaradılması və beynəlxalq kinofestivallarda nümayişi (layihə hazırlanır);

6. Post-münaqişə ərazilərinin bərpasında Azərbaycanın qabaqcıl təcrübəsini nümayiş etdirmək üçün xarici sərgilərdə iştirak (layihə hazırlanır).

Bu strategiya çərçivəsində işlərin başlanmasına gəlincə, qeyd edək ki, ilk növbədə “Qarabağın Dirçəlişi: Faciədən Zəfərə” adlı kitabın yaradılması üzrə işlərə başlanılıb.

Bu layihə təkcə kitab yazılması deyil, həm də xüsusi internet platformasının yaradılması, kitabın müxtəlif çap və rəqəmsal formatlarda nəşri, Azərbaycanda və xaricdə təqdimatı və yayılması və s. istiqamətlər üzrə işləri əhatə edir.

Xüsusilə, layihəyə aşağıdakı komponentlər daxildir:

• Arxivlərdə müvafiq araşdırmaların aparılması və Azərbaycanda və xaricdə 50-dən çox müsahibənin aparılması;

• Kitabın ingilis dilində yazılması;

• Kitabın Azərbaycan, türk və rus dillərinə tərcüməsi;

• Kitabın 6000 ədəddən çox sayda xüsusi hədiyyəli sərt üzlü (VIP), standart sərt və yumşaq üz qabığı formatlarında nəşri;

• Kitabın elektron versiyasının PDF, EPUB, MOBI, KINDLE formatlarında nəşri;

• Arxiv sənədlərinin, müsahibələrin videoyazılarının, interaktiv xəritələrin və digər rəqəmsal məzmunun mövcud olacağı, linklər, QR kodlar, heşteqlər, daxil edilmiş məzmunlar vasitəsilə kitabın elektron və çap nəşrləri ilə əlaqələndiriləcək internet platformasının yaradılması;

• Bakıda və xaricdə kitab təqdimatlarının keçirilməsi;

• Sosial şəbəkələrdə və axtarış xidmətlərində genişmiqyaslı kampaniyanın aparılması.

Kitabın nəşri aşağıdakı məqsədlərə çatmağa imkan yaradacaq:

• Azərbaycanın erməni işğalçı qüvvələri üzərində tarixi Zəfərinin əsas nailiyyətlərini sənədləşdirmək;

• Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun bərpası üzrə səylərini və regionda sonrakı müsbət dəyişiklikləri əks etdirmək;

• Oxucuları münaqişədən sonrakı quruculuqla bağlı çağırışlar və çətinliklər haqqında məlumatlandırmaq;

• Azərbaycan xalqının mədəniyyətini nümayiş etdirmək (xüsusən də Qarabağ bölgəsi kontekstində);

• Münaqişədən sonrakı digər zonalarda mümkün tətbiqi üçün yenidənqurma işlərində Azərbaycan təcrübəsini təbliğ etmək və s.

Qeyd edək ki, layihənin təşəbbüskarı və müəllifi Azərbaycan və Ermənistan-Azərbaycan münaqişəsi həqiqətləri ilə yaxından tanış olan britaniyalı müəllif Qrem Vilsondur. Q.Vilson Azərbaycan haqqında müxtəlif əsərlərin, o cümlədən Prezident İlham Əliyevin bioqrafiyası “A Portrait of a President”, Ümummilli Lider Heydər Əliyevin həyatından bəhs edən “The Rise and Fall and Rise Again of Heydar Aliyev and Azerbaijan”, “Azərbaycan Xalq Cümhuriyyəti: heç vaxt ölməyən arzu” kitabı, həmçinin Ermənistanın işğalçı rejiminin Qarabağdakı qanunsuz fəaliyyətinə dair materialların müəllifidir.

Kitabın yaradılması üzrə işlərə başlamaq üçün bu kompleks layihənin təşəbbüskarı və müəllifi kimi çıxış edən Q.Vilsonun rəhbərlik etdiyi “Media Prima Advertising” şirkəti ilə müqavilə bağlanmışdır. Müqavilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam uyğun olaraq, xidmətlərin göstərilməsinin bir mənbə üsulu ilə bağlanıb (kitabın yazılması və yayılması üzrə təcili zərurəti və bu layihə üzrə müəllif hüquqlarının Media Prima şirkətinə məxsus olduğunu nəzərə alaraq). Daha ətraflı məlumat etender.gov.az saytında əldə oluna bilər.

“Media Prima Advertising” şirkəti başqa ölkənin rezidenti olduğu üçün müqavilənin yuxarıda göstərilən işlərdən əlavə, müqavilənin dəyərinə (1 milyon 178 min 672 AZN) əlavə dəyər vergisi (18 faiz) və ödəmə vergisi (10 faiz) daxildir.

Qarabağ Dirçəliş Fondu bütövlükdə “Qarabağın səsi” kommunikasiya strategiyasının, eləcə də onun ayrı-ayrı komponentlərinin həyata keçirilməsi üzrə işlərin gedişatı barədə ictimaiyyətə məlumat verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb