“Qarabağ” komandası “Linfild” ilə oyunda hesabı açıb
Bakı, 29 avqust, Nicat Məmmədov, AZƏRTAC
UEFA Avropa Liqasında 2019-2020-ci illər mövsümünün pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Linfild” oyununda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, cavab matçının 6-cı dəqiqəsində rəqib komandanın qapısına topu Ağdam komandasının futbolçusu Xayme Romeo vurub. Oyun bu hesabla bitərsə, “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək.