Qaradağ rayonunda skrininq müayinə təşkil olunub
Bakı, 7 sentyabr, AZƏRTAC
Qaradağ rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının üzv təşkilatlarının nümayəndələri tərəfindən rayonun Puta qəsəbəsindəki 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında əhali arasında döş qəfəsinin rentgen müayinəsi təşkil edilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, müayinəyə Qızıldaş və Korgöz qəsəbələrinin sakinləri cəlb olunublar.
Skrininq müayinədə 51 nəfər iştirak edib və ağciyərlərində dəyişiklər aşkarlanan 5 nəfər terapevt və ya ftiziator müayinəsinə yönləndirilib.
Rayonun digər qəsəbələrində də analoji aksiyaların keçirilməsi nəzərdə tutulub.