Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qars-Naxçıvan dəmir yolu region dövlətləri üçün də faydalı olacaq ŞƏRH

Qars-Naxçıvan dəmir yolu region dövlətləri üçün də faydalı olacaq  ŞƏRH

Bakı, 30 sentyabr, Rabil Kətanov, AZƏRTAC

Azərbaycan Qafqaz regionunda iri və beynəlxalq əhəmiyyət daşıyan iqtisadi layihələri uğurla həyata keçirən bir dövlət imicinə malikdir. İstər enerji, istərsə də nəqliyyat və tranzit sahəsində həyata keçirilən bu layihələr Azərbaycanın iqtisadi inkişafı ilə yanaşı beynəlxalq aləmdəki siyasi nüfuzunun artmasına, ölkəmizlə əməkdaşlıq əlaqələri qurmaq istəyən dövlətlərində sayının çoxalmasına gətirib çıxarıb.

Bu layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum, Trans-Anadolu (TANAP), Trans-Adriatik qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və digərlərini sadalamaq olar. Bu layihələr ötən illər ərzində Azərbaycan iqtisadiyyatını gücləndirərək, dövlətimizin inkişafına böyük təkan verib, onun beynəlxalq statusunu və siyasi çəkisini artırıb. Təsadüfi deyil ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 il erməni işğalı altında qalan Qarabağı azad edərək ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu qələbəyə Prezidentin müdrik siyasəti və iqtisadi islahatları nəticəsində nail olduq.

Prezident İlham Əliyevin irəli sürdüyü növbəti beynəlxalq əhəmiyyətli iqtisadi layihə Zəngəzur dəhlizi və bunun tərkib hissəsi olan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xəttidir. Ümumilikdə Orta Dəhlizə daxil olan bu layihələr sadəcə Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmək xarakteri daşımır. Bu layihələr daha qlobal xarakter daşıyır və Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişlidir.

Türkiyədə fəaliyyət göstərən Siyasi, İqtisadi və Cəmiyyət Araşdırmaları Fondunun xarici siyasət üzrə müşaviri Can Acun bildirib ki, Azərbaycan və Türkiyə hökumətləri layihənin iqtisadi və həm də siyasi əhəmiyyətini nəzərə alıb, onun reallaşdırılmasını mümkün qədər sürətləndirməyə cəhd göstərirlər.

Layihə ətrafında aparılan müzakirələrin birinci mərhələsi 2020-ci ilin fevral ayının 25-də “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması ilə başa çatdı.

Bunun ardınca, cari ilin sentyabr ayının 25-də Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzaladılar. Bu layihənin reallaşdırılması istiqamətində növbəti, üçüncü addım isə iki qardaş ölkə arasında yaxın vaxtlarda müvafiq müqavilənin imzalanması ilə atılacaq.

Qars-Naxçıvan dəmir yolu layihəsinin tikintisinə yönəlmiş texniki hazırlıqlar davam edir və texniki-iqtisadi əsaslandırma hesabatı təsdiqlənib. Dəmir yolu 224 kilometr uzunluğunda və 5 stansiyadan ibarət olacaq. Saatda 160 kilometr sürət üçün nəzərdə tutulan layihə çərçivəsində uzunluğu 638 metr olan 10 körpü, 18 kilometr uzunluğunda 465 suötürücü, ümumilikdə 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid tikiləcək. Layihənin 5 il müddətində başa çatdırılması nəzərdə tutulub.

C. Acun qeyd edib ki, Ermənistan qədər kiçik və iqtisadi cəhətdən zəif bir dövlətin Zəngəzur dəhlizinin açılmasına necə münasibət bəsləməsi heç nəyi həll etməyəcək. Dəhliz açılacaq. Çünki ortada bir ildə quru yolla Şərqdən Qərbə 840 milyard dollardan çox məhsul ixrac edən Çinin və bu məhsulun çatdırıldığı Avropa İttifaqı ölkələrinin böyük maraqları dayanır.

Bu gün Azərbaycan Orta Dəhlizin reallaşmasına töhfə verən əsas ölkələrdəndir. Sözügedən marşrut isə Asiya və Avropanı birləşdirən vacib nəqliyyat dəhlizlərindən birinə çevrilmək üzrədir. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi fonunda sözügedən dəhlizə marağın artması müşahidə olunur ki, bu da Azərbaycan ərazisindən daha çox yükün daşınması imkanı deməkdir. Orta Dəhlizin vacib elementinə çevrilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının genişləndirilməsi üçün Azərbaycan dövlət büdcəsindən 100 milyon dollar vəsait ayrılıb. Həmin vəsait hesabına yolun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona qaldırılacaq və Orta Dəhliz vasitəsilə daha çox yükün daşınmasına imkan yaranacaq. Bundan başqa, Zəngəzur dəhlizi ilə yanaşı Qars-Naxçıvan dəmir yolu da Orta Dəhlizə inteqrasiya ediləcək. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan ərazisindən illik təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər. Ötən ilin yekunları göstərir ki, Azərbaycan ərazisindən daşınan yükün həcmində 30 faizdən çox artım qeydə alınıb. Bu da regiona, o cümlədən yükdaşımalar baxımından Azərbaycana marağın artmasından xəbər verir. Region nəqliyyat habına çevrilir, Azərbaycan isə burada aparıcı ölkədir və Zəngəzur dəhlizinin istifadəyə verilməsi ölkəmizin beynəlxalq yükdaşımalarda mövqeyinin gücləndirilməsi baxımından vacibdir.

Bu gün Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə Mərkəzi Asiya respublikaları arasında dostluq əlaqələri inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin Qazaxıstan, Özbəkistan və Tacikistana səfərləri və əldə olunan razılaşmalar nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsinə böyük imkanlar yaradıb. Onu da nəzərə almaq lazımdır ki, Orta Dəhliz, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) üzvlərinin ticarətdən faydalanması üçün yeni imkanlar formalaşdırılması, Türkmənistan, Qazaxıstan və Azərbaycan limanlarında logistik mərkəzlərin və azad ticarət zonalarının yaradılması Transxəzər əməkdaşlığının inkişafına və dərinləşməsinə kömək edir. Azərbaycan və Qazaxıstanın səyləri, Gürcüstanın fəal iştirakı, Türkiyənin bu təşəbbüsləri dəstəkləməsi ilə Orta Dəhlizin rəqabət imkanları güclənib, iqtisadi cəhətdən səmərəliliyi artıb və bu istiqamətdə işlər sürətlənib.

Orta Dəhlizin siyasi əhəmiyyətinə gəlincə, nəzərə almaq lazımdır ki, Çin və digər Cənub Şərqi Asiya dövlətlərinin Avropa ilə ticarət əlaqəsi Orta Dəhlizlə reallaşacağı təqdirdə, onlar regionda daim sabitliyin hökm sürməsində maraqlı olacaqlar. Avropa İttifaqına daxil olan böyük dövlətlər də Orta Dəhlizin həm avtomobil, həm də dəmir yolunun keçdiyi tranzit ərazilərdə sülhün və əmin-amanlığın davamlı xarakter daşımasında maraqlıdır və bu istiqamətdə siyasət yürüdəcəklər. Bununla da istər Ermənistan, istərsə də digərlərinin qeyri-konstruktiv siyasətinin qarşısı beynəlxalq birlik tərəfindən qəti şəkildə alınacaq. Beləliklə, Orta Dəhliz ideyasının həyata keçməsi və Zəngəzur dəhlizinin açılması ölkəmizə iqtisadi səmərə ilə yanaşı, siyasi zəmanət də verəcək.

Azərbaycanın qələbəsindən sonra yaranmış yeni reallıqlar regionumuzun siyasi və iqtisadi mənzərəsini tamamilə müsbət istiqamətə dəyişmək fürsətləri yaradıb. Avtomobil və dəmir yollarının tikintisi, yeni dəhlizlərin yaradılması və iki böyük qitə arasında tranzit rolunu oynamaq regionun bütün dövlətləri üçün faydalıdır. Sadəcə olaraq regionun bəzi dövlətləri müstəqil siyasət yürüdüb siyasi ambisiyalarla deyil, bu imkanlardan istifadə etmək istiqamətində siyasət yürütməlidirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası başa çatıb – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası başa çatıb – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

® Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir

Professor: Filizçay filizinin mürəkkəb tərkibi onun ənənəvi üsullarla zənginləşdirilməsini çətinləşdirir

Marqarita Kərimova-Sokolova: Üzeyir Hacıbəylinin irsi yaşayır, inkişaf edir və insanları davamlı olaraq birləşdirir

Milli Kitabxanada “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib

Müharibədənsonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ

Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb VİDEO

Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb VİDEO

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma

Səadət Təhmirazqızı: Nizami irsi Üzeyir Hacıbəylinin yaradıcılığında mühüm yer tutub

BMU tələbəsi Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olub

Azərbaycanın U-20 millisinin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti açıqlanıb

Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər

Dövlət Komitəsinin sədri: Xurafat və dini savadsızlığın qarşısının alınması vacibdir

Nərimanov rayonunda narkokuryerlik etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Nərimanov rayonunda narkokuryerlik etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

“Araz-Naxçıvan”a yeni baş məşqçi təyin olunub

Əfv edilən şəxs: Prezidentimiz bizi ailəmizə qovuşdurdu VİDEO

Əfv edilən şəxs: Prezidentimiz bizi ailəmizə qovuşdurdu VİDEO

Su polisi brakonyerlik edən şəxsi saxlayıb

Teodor Menzelin Türkoloji Qurultayla bağlı qeydləri Azərbaycan dilində nəşr olunub

İnsan kapitalının inkişafı və əməkdaşların rəqəmsal bacarıqlarının təkmilləşdirilməsinə diqqət artırılır

Mədən sənayesinin inkişafı ölkənin iqtisadi imkanlarını genişləndirəcək –  ŞƏRH  VİDEO

Mədən sənayesinin inkişafı ölkənin iqtisadi imkanlarını genişləndirəcək – ŞƏRH VİDEO

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir

Əfv olunan şəxs: Ailəmin azadlığa buraxılmağımdan xəbəri yoxdur VİDEO

Əfv olunan şəxs: Ailəmin azadlığa buraxılmağımdan xəbəri yoxdur VİDEO

Oman Sultanlığının nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib

® “MyShops”dan “Nothing” smartfonu al, “Azercell”dən 6 ay ərzində 6GB internet hədiyyə qazan!

Doktorant və gənc tədqiqatçıların 29-cu konfransı Naxçıvanda olacaq

Qafqaz Albaniyasının maddi-mədəni irsinə qarşı erməni vandalizmi - elmi sessiya

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi yolu ilə yenidən təşkili haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Lənkərandakı cəzaçəkmə müəssisəsindən 2 nəfər azadlığa buraxılıb, onlardan 1-i Fransa vətəndaşıdır

“Reuters”: Səudiyyə Ərəbistanı Şərq-Qərb xam neft boru kəmərini yenidən işə salmağa başlayıb

Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb

“Şəfa” Qəbələdə toplanış keçəcək

Kral Salman: Dünya müsəlmanları husilərin Məkkəni hədəf almaq cəhdini pisləyir

İstanbulun minillik şahidi – Dikilitaş VİDEO

İstanbulun minillik şahidi – Dikilitaş VİDEO

Bərpaçı rəssam: Rəsm əsərinin yaradılmasında düzgün texnologiya onu uzun illər qoruyub saxlamağa imkan verir

Xammaldan yüksək dəyərli məhsula: Azərbaycanın iqtisadi gələcəyinə yeni baxış - ŞƏRH

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

Duzlaşmaya məruz qalmış aqrosenozların münbitliyinin yaxşılaşdırılması ilə bağlı layihə qrant qalibi olub

Elman Cəfərli: Təbii sərvətlərə vurulan zərər sistemli şəkildə sənədləşdirilməlidir

Dağ-mədən sənayesinin inkişafı qeyri-neft sektorunda yeni artım mənbələrinin yaradacaq ŞƏRH

Əfv sərəncamı Naxçıvanda icra olundu - iki Türkiyə vətəndaşı azadlığa buraxıldı VİDEO

Əfv sərəncamı Naxçıvanda icra olundu - iki Türkiyə vətəndaşı azadlığa buraxıldı VİDEO

Dörd universitet mühəndislik təhsili üzrə əməkdaşlıq edəcək

Əfv sərəncamı 2 və 17 saylı cəzaçəkmə müəssisələrində 4 nəfərə şamil olunub VİDEO

Əfv sərəncamı 2 və 17 saylı cəzaçəkmə müəssisələrində 4 nəfərə şamil olunub VİDEO

Bakı Təhlükəsizlik Forumu Azərbaycanın beynəlxalq təhlükəsizlik diplomatiyasındakı rolunu gücləndirir - ŞƏRH

Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib

ADPU əməkdaşları üçün strateji kommunikasiya mövzusunda təlim təşkil olunub

Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib

MİDA 13 qeyri-yaşayış obyekti və onlara aid zirzəmi sahələrini satışa çıxarır

Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib

“İnnovativ məktəb” layihəsi çərçivəsində 43 müəllim təlimə cəlb olunub

Təhlükəsizlik Forumu: Prezident İlham Əliyevin təşəbbüsləri qlobal təhdidlərin qarşısının alınmasına yönəlib

Kəngərlidə avtomobil aşıb: ər-arvad xəsarət aldı, körpələri həyatını itirdi VİDEO

Kəngərlidə avtomobil aşıb: ər-arvad xəsarət aldı, körpələri həyatını itirdi VİDEO

Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır

Folklor İnstitutunun əməkdaşı Özbəkistanda keçirilən konfransda məruzə edib

Yaşlılarda əzələ zəifliyinin yeni səbəbi aşkarlanıb