QAX GƏNCLƏRİ “ULUBAŞ” ZİRVƏSİNƏ ÜÇRƏNGLİ AZƏRBAYCAN BAYRAĞINI SANCMIŞLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi münasibətilə beynəlxalq səviyyəli yarışlarda və dünya birinciliklərində uğur qazanmış qaxlı idmançılardan və Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatı gənclər birliyinin üzvlərindən ibarət 25 nəfərlik qrup Böyük Qafqazın Qax rayonu ərazisində 1900 metr yüksəklikdə yerləşən “Ulubaş” zirvəsinə yürüş təşkil etmiş və Azərbaycanın üçrəngli bayrağını zirvəyə sancmışlar.
Rayon gənclər və idman idarəsinin təşəbbüsü ilə həyata keçirilən yürüşün iştirakçıları zirvədən endikdən sonra ümummilli liderimiz Heydər Əliyevin Qax şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət etmiş, önünə gül-çiçək düzmüşlər.
Sonra gənclər və idman idarəsində yürüş iştirakçıları ilə görüş olmuşdur. Görüşdə ulu öndərin keçdiyi şərəfli ömür yolundan söhbət açılmış, zirvəni fəth edənlər yürüşlə bağlı təəssüratlarını bölüşmüşlər.
Gənclər və idman idarəsinin xüsusi tədbirlər planına uyğun olaraq, rayonda ulu öndərin xatirəsinə həsr olunmuş idman tədbirləri və birinciliklər davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]