QAXDA MEŞƏLƏRİN MÜHAFİZƏSİ VƏ BƏRPASINA DİQQƏT ARTIRILIR
Cari ildə 11 hektar sahədə tingliklərin də salınması planlaşdırılmışdır. Yaz aylarında bu sahənin yarısında səpin həyata keçirməklə, 900 minə yaxın ting yetişdirilmişdir. Bu iş payız aylarında da davam etdirilmiş və səpin başa çatdırılmışdır. Tingliklərdə, əsasən, rayonun meşələri üçün səciyyəvi sayılan qoz, şabalıd, palıd, həmçinin cökə, qovaq, akasiya, katalpa və sair qiymətli ağac növlərinin tingləri yetişdirilir.
Payız-qış mövsümünün gəlməsi ilə əlaqədar olaraq, rayonun təhsil və səhiyyə ocaqlarının, şəhid ailələrinin odun yanacağına tələbatını ödəmək məqsədi ilə müəssisə qurumuş ağacların və seyrəltmə nəticəsində yaranmış tör-töküntülərin hesabına 1500 kubmetr odun ayıraraq paylamışdır.