Qazax rayonunda 58 min nəfərə yaxın sakin tibbi müayinədən keçmişdir
Qazax, 24 aprel (AZƏRTAC). Azərbaycan Prezidentinin tapşırığına əsasən, ölkə əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması çərçivəsində Qazax rayonda da əhalinin tibbi müayinəsi uğurla davam edir.
Bu məqsədlə yaradılmış komissiyanın sədri, rayon icra hakimiyyəti başçısının müavini Gülayə Həsənova AZƏRTAC-a bildirmişdir ki, əhalinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində Qazax Müalicə Diaqnostika Mərkəzində, şəhər poliklinikasında və xüsusi səyyar həkim briqadaları tərəfindən kəndlərdə əhalinin tibbi müayinəsi aparılır.
Artıq aprelin 24-dək 57 min 852 nəfər rayon sakini tibbi müayinədən keçmişdir. Müayinə zamanı xəstəlik aşkarlanmış 3863 nəfər ambulator, 116 nəfər isə stasionar müalicəyə cəlb olunmuşdur. Bundan əlavə, 45 nəfər rayon sakini müalicə üçün Bakı şəhərinə göndərilmişdir. Artıq rayonun 14 yaşayış məntəqəsində əhalinin tibbi müayinəsi başa çatmışdır.
Tibbi müayinədən keçən rayon sakinləri onlara yaradılan bu şəraitə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]